--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rumıniyada liman ərazisində PUA insidenti qeydə alınıb

Aysel Əlibəyli 05 İyun 2026 · 16:47 116 baxış

Rumıniyanın Konstansa limanında baş verən partlayışa səbəb olan pilotsuz dəniz aparatının Ukraynaya aid olduğu bildirilib.

Elpress.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.Açıqlamada qeyd olunub ki, Qara dənizdə tapşırıq yerinə yetirən pilotsuz katerlərdən biri radioelektron müdaxilə nəticəsində idarəetmədən çıxaraq Rumıniya sahillərinə istiqamətlənib.Hadisə iyunun 5-də səhər saatlarında Konstansa limanında, Rumıniya Dəniz Xilasetmə Agentliyinin qərargahı yaxınlığında qeydə alınıb. Təhlükəsizlik qüvvələri tərəfindən ərazi nəzarətə götürüldükdən sonra aparatın zərərsizləşdirilməsi prosesi zamanı partlayış baş verib.Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Hadisədən sonra liman ətrafında xüsusi təhlükəsizlik tədbirləri görülüb, ərazi hüquq-mühafizə və hərbi qurumlar tərəfindən mühasirəyə alınıb.Rumıniya tərəfi partlayışla bağlı araşdırmaların davam etdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva–Bakı “Natra” və “Zirkon” gəmisi hücumu ilə bağlı əlaqədədir – Zaxarova

Next Article

Xoşqədəm Hidayətqızı əkiz övladları ilə efirdə ailəsindən danışıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:51 22 baxış Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb, iki nəfər məsuliyyətə cəlb edilib. Elpress.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin […]

Dəməşqdə partlayış

Aysel Əlibəyli 02 İyul 2026 · 17:08 44 baxış Suriyanın paytaxtında faciə: Ədalət Sarayının yaxınlığındakı partlayış itkilərə səbəb oldu Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə güclü partlayış baş verib.Suriya Səhiyyə Nazirliyinin yaydığı məlumata […]

Bakı–Pirşağı sürət qatarında nasazlıq yarandı

Aysel Əlibəyli 19 İyun 2026 · 19:04 102 baxış Bakıdan Pirşağı istiqamətində hərəkət edən sürət qatarında texniki nasazlıq yaranıb. Nasazlıq səbəbindən sərnişinlər qatardan düşürülərək saat 18:30 reysi ilə yola salınıblar. Elpress.az xəbər verir ki, Hadisə […]