--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Lənkərandakı iki ölüm faktı üzrə cinayət işi açılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 14:59 1032 baxış

Meşədə meyitləri tapılan 29 yaşlı oğlan və 16 yaşlı qızla bağlı istintaq başlayıb

Elpress.az xəbər verir ki, Lənkəran rayonunda meşəlik ərazidə iki şəxsin meyitinin aşkarlanması ilə bağlı cinayət işi başlanıb.Hadisə avqustun 11-də Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb. Araşdırmalar zamanı meyitlərin 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovaya məxsus olduğu müəyyənləşdirilib.Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.Hazırda şəxslərin ölüm səbəbləri və hadisənin başvermə şəraiti araşdırılır. Müvafiq ekspertizalar təyin edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransada üç nüvə reaktoru meduzalara görə dayandırılıb

Next Article

ABŞ və İran atəşkəsin uzadılmasına razılaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda Yanğın Söndürüldü

Aysel Əlibəyli 10 İyun 2026 · 20:59 1112 baxış Yasamal ərazisində yerləşən obyektdə yaranan yanğın operativ tədbirlər nəticəsində söndürülüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik və operativ müdaxiləsi nəticəsində Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi […]

Buzovnada dəniz faciəsi

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:44 1042 baxış Moskvadan Bakıya toya gələn iki qohum dənizdə boğularaq həyatını itirdi Elpress.az xəbər verir ki, Paytaxtın Buzovna qəsəbəsində yerləşən çimərlik ərazisində bədbəxt hadisə baş verib. Qayalıq zonada […]

Gənc müğənni dənizdə boğularaq ölüb

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:13 1032 baxış “Krosna” qrupunun solisti Seymur Allahverdiyevin meyiti Buzovnada aşkarlanıb Elpress.az xəbər verir ki, “Krosna” musiqi qrupunun solisti Seymur Allahverdiyev dünyasını dəyişib.1996-cı il təvəllüdlü ifaçının meyiti Xəzər rayonunun […]

Dini inancları təhqir edən şəxs saxlanılıb

Aysel Əlibəyli 28 İyul 2026 · 14:12 1042 baxış Sosial şəbəkələrdə dini inancları təhqir edən Üzeyir Abbas barəsində prosessual tədbirlər görülür Elpress.az xəbər verir ki, Sosial şəbəkələrdə dini inancları təhqir etdiyi bildirilən Üzeyir Abbas polis […]