--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İsveçrədə musiqi festivalında atışma: yaralananlar var

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:25 1020 baxış

Aarauda keçirilən elektron musiqi festivalında atəş səsləri eşidilib, polis genişmiqyaslı əməliyyata başlayıb

Elpress.az xəbər verir ki, İsveçrənin Aarau şəhərində elektron musiqi festivalı zamanı silahlı insident baş verib.Hadisə Arqau kantonunun Şaxen rayonunda təşkil olunan “Aarauer Rave” texnofestivalı zamanı qeydə alınıb. Təxminən 3 500 şəxsin iştirak etdiyi tədbirdə gecə saat 02:30 radələrində atəş səsləri eşidilib.Kanton polisinin məlumatına görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Ölənlərin olub-olmaması barədə isə hələlik məlumat verilməyib.Hadisədən sonra əraziyə polis və digər fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub. Əməliyyatda yanğınsöndürənlər, təcili yardım qüvvələri və orduya məxsus helikopter də iştirak edib. Polis sakinlərə və festival iştirakçılarına hadisə yerindən uzaq durmaq barədə xəbərdarlıq edib.Hazırda atəşin hansı səbəbdən açıldığı, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin kimliyi araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəlilabadda ikimərtəbəli ev tamamilə yanıb

Next Article

İstidən bezən camışlar çaya axışdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda avtobus qəzası: yaşlı qadın həyatını itirdi

Aysel Əlibəyli 21 İyun 2026 · 18:54 1143 baxış Sabunçuda avtobusun vurduğu piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Ramana qəsəbəsində, Yeni Ramana yolunda qeydə alınıb. […]

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Aysel Əlibəyli 09 İyul 2026 · 15:00 1076 baxış Xırdalan bələdiyyəsinin sabiq sədri Orxan Musayev barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və iş məhkəməyə göndərilib. Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Baş […]

Oğuzda yol qəzası: 2 nəfər yaralanıb

Aysel Əlibəyli 30 May 2026 · 12:35 1158 baxış Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Elpress.az Azərtac.az – […]