--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İcra başçısının şikayəti təmin edilmədi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:59 1026 baxış

Şabran icra başçısının kənd sakinlərinə qarşı xüsusi ittiham şikayəti rədd olunub

Elpress.az xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun iki kənd sakini ilə bağlı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.Hakim Samir Bayramovun sədrliyi ilə keçirilən iclasda icra başçısının şikayəti təmin edilməyib. Şikayət Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradova qarşı verilib. Asif Hüseynov onların böhtanla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmasını tələb edib.Mübahisənin 2022-ci ildə 15 ton toxumluq arpanın alqı-satqısı ilə bağlı olduğu bildirilir. Səbirə Vəliyevanın oğlu Vüsal Muradovun sözlərinə görə, arpa 10 min 500 manat qarşılığında nisyə satılıb, lakin ödənişin həyata keçirilmədiyi iddia olunur.Sakinlərin məsələ ilə bağlı müraciətlərindən sonra icra başçısının məhkəməyə xüsusi ittiham qaydasında şikayət etdiyi qeyd edilir.Xaçmaz Rayon Məhkəməsi nəticə etibarilə şikayəti təmin etməyib və bununla xüsusi ittiham qaydasında aparılan məhkəmə prosesinə yekun vurulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yüksək təzyiqi olanlara hansı pendir uyğundur?

Next Article

Dünyanın ən hündür şəlaləsi – təbiətin nəfəs kəsən möcüzəsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zəngilan və Şükürbəyli kəndinə növbəti köç başladı

Elşən 13 May 2026 · 07:45 1089 baxış Mayın 13-də Zəngilan şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətində növbəti köç karvanı yola düşüb. Elpress.az-ın Trend -ə istinadən verdiyi məlumata əsasən, köçürülən ailələr indiyədək respublikanın müxtəlif […]

Jurnalistin səhhəti pisləşib

Aysel Əlibəyli 19 İyul 2026 · 16:50 1044 baxış Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətinin pisləşdiyi bildirilir Elpress.az xəbər verir ki, Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.Onun anası Zemfira İsrafilovanın sözlərinə […]

Tiktoker “Arzum”un faciəvi qəza detalına baxış

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:23 1034 baxış İlduzə Hacıyevanın ölümcül yol qəzası ilə bağlı məhkəməyə təqdim edilən yeni faktlar bəlli olub Elpress.az xəbər verir ki, “Arzum9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın törətdiyi iddia olunan […]