--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Güclü yağışdan sonra Qəbələyə sel gəldi – yollar keçilməz vəziyyətə düşdü

Aysel Əlibəyli 28 İyun 2026 · 19:20 1096 baxış

Elpress.az xəbər verir ki, Qəbələ rayonunda yağan intensiv leysan yağışları ciddi fəsadlara səbəb olub. Günorta saatlarından başlayan yağıntılardan sonra rayonun Vəndam qəsəbəsində yerləşən Qara çayda suyun səviyyəsi yüksələrək selə çevrilib.

Sel suları qəsəbənin bir sıra ərazilərinə, o cümlədən yaşayış evlərinin həyətlərinə dolub. Həmçinin kəndin mərkəzində çay sahilində yerləşən məscidin həyəti, bağ sahələri və digər ərazilər selin gətirdiyi lil və palçıqla örtülüb.

Təbii hadisə nəticəsində yeni inşa edilən avtomobil yolunun bir hissəsi də ciddi zərər görərək yararsız vəziyyətə düşüb. Güclü yağış və palçıq kütləsi nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması, yolların və həyətlərin təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünyada ilk: Həkimlər sağalmaz xəstəlikdən əziyyət çəkən uşağın ölümünə kömək etdi

Next Article

Tarixi təşəbbüs: Azərbaycan və Türkiyə paxlavanı UNESCO-ya təqdim edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ucarda fərdi ev alovlara təslim oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 13:44 1024 baxış Ucarda baş verən yanğın nəticəsində dördotaqlı yaşayış evi tamamilə yanıb Elpress.az xəbər verir ki, Ucar rayonunda fərdi yaşayış evində baş verən yanğın ciddi maddi ziyana səbəb […]

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Aysel Əlibəyli 20 İyul 2026 · 16:57 1026 baxış Serbiyada saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib Elpress.az xəbər verir ki, Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyadan ölkəmizə ekstradisiya olunub. Ədliyyə Nazirliyinin məlumatına […]

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Elşən 20 May 2026 · 15:16 1087 baxış Dövlət İmtahan Mərkəzi 17 may 2026-cı il tarixində keçirilmiş magistratura qəbul imtahanının ilkin nəticələrini açıqlayıb. DİM-dən verilən məlumata görə, bakalavrların nəticələri qapalı və kodlaşdırıla bilən açıq tipli […]

Şükürbəyliyə növbəti köç: 107 ailə doğma yurduna qayıtdı

Elşən 15 May 2026 · 13:23 1068 baxış İşğaldan azad edilən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola düşən ailələr uzun fasilədən sonra doğma yurdlarına qayıdaraq sevinc içində evlərinə yerləşiblər. […]