--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Borc mübahisəsi qanla bitdi: 17 yaşlı yeniyetmə atışmada öldürüldü

Aysel Əlibəyli 26 İyun 2026 · 18:41 1052 baxış

Elpress.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Ümraniye rayonunda borc məsələsi səbəbindən baş verən silahlı insident ölümlə nəticələnib.

Məlumata görə, 17 yaşlı Arda Berk Aktaş və dörd dostu qarşı tərəflə görüşmək üçün avtomobillə hadisə yerinə gəlib. Küçədə qarşılaşan tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra qarşıdurma silahlı atışmaya çevrilib.

Atəş nəticəsində Arda Berk Aktaş ağır yaralanıb. Bundan başqa, onun yanında olan bir nəfər və qarşı tərəfdən daha bir şəxs də güllə yarası alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparan polis təhlükəsizlik kameralarının görüntülərini incələyərək insidentdə iştirak edən 13 şübhəlini müəyyən edib. Onlardan 12-si məhkəmənin qərarı ilə həbs edilib, bir nəfər isə sərbəst buraxılıb.

İstintaq zamanı şübhəlilərin hadisədən sonra təhlükəsizlik kameralarının qeydlərini silməyə cəhd göstərdikləri müəyyənləşib. Keçirilən əməliyyatlar zamanı onların gizləndiyi ünvanlardan 3 ədəd odlu silah götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BDU rəhbərliyində yeni təyinat: Mirzə Mirzəyevə yüksək vəzifə həvalə olundu

Next Article

Abşeronda motoxuliqanlara qarşı reyd: 122 nəfər məsuliyyətə cəlb edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Elşən 20 May 2026 · 15:12 1081 baxış Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və cinayət törətməkdə ittiham edilən şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlığı davam etdirir. Nazirliyin yaydığı məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli […]

Ucarda fərdi ev alovlara təslim oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 13:44 1024 baxış Ucarda baş verən yanğın nəticəsində dördotaqlı yaşayış evi tamamilə yanıb Elpress.az xəbər verir ki, Ucar rayonunda fərdi yaşayış evində baş verən yanğın ciddi maddi ziyana səbəb […]

Bulvarda qıza hücum edən şəxs saxlanıldı

Aysel Əlibəyli 26 May 2026 · 19:06 1140 baxış Bakının Dənizkənarı Milli Parkı ərazisində gənc qız və oğlana qarşı zorakılıq törədən şəxs məhkəmə qərarı ilə həbs edilib. ELPRESS.az milli.az-a istinadən xəbər verir ki, Səbail Rayon […]

25 yaşlı gənc bıçaqlanıb.

Aysel Əlibəyli 01 İyun 2026 · 15:11 1094 baxış Şəmkir rayonunda bıçaqlanma faktı baş verib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, 1996-cı il təvəllüdlü Anar Lətiflinin mübahisə zamanı həmyerlisi, 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlamasına […]