--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:46 1028 baxış

Binəqədi və Yasamal rayonlarında baş verən oğurluqlara görə 4 nəfər tutulub

Elpress.az xəbər verir ki, Bakının iki rayonunda oğurluq hadisələri ilə bağlı polis tərəfindən əməliyyat keçirilib və şübhəli şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin məlumatına görə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birindən elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov müəyyən edilərək saxlanılıb.Araşdırma zamanı onların elektrik avadanlıqlarını işlədikləri məkandan götürdükləri müəyyənləşdirilib.Bundan başqa, Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən nağd pul və 4 mobil telefonun oğurlanması ilə bağlı daha iki nəfər saxlanılıb. Oğurluqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulublar.Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tayvan sahillərində 5,1 maqnitudalı zəlzələ baş verib

Next Article

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla zərbə endirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ucarda fərdi ev alovlara təslim oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 13:44 1064 baxış Ucarda baş verən yanğın nəticəsində dördotaqlı yaşayış evi tamamilə yanıb Elpress.az xəbər verir ki, Ucar rayonunda fərdi yaşayış evində baş verən yanğın ciddi maddi ziyana səbəb […]

Komaya düşən Nigarın həkimləri cəzalandırıldı

Aysel Əlibəyli 31 İyul 2026 · 12:18 1044 baxış Rinoplastika sonrası komaya düşən Nigarın həkimləri məhkum edildi Elpress.az xəbər verir ki, Bakıda rinoplastika əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlının işi üzrə məhkəmə qərarı […]

Rusiyada axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:15 1042 baxış Hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilən şəxsin ekstradisiyası ilə bağlı qərar qəbul olunub Elpress.az xəbər verir ki, Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının Rusiyadan ölkəyə ekstradisiya […]

Xırdalanda qadının başına balkonun hissəsi düşdü

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 15:44 1014 baxış Elpress.az xəbər verir ki, Xırdalan şəhərində təhlükəli hadisə qeydə alınıb.Məlumata əsasən, çoxmərtəbəli yaşayış binasının şüşə eyvanının bir hissəsi qoparaq aşağıda hərəkətdə olan qadının üzərinə düşüb.Hadisə nəticəsində […]