--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yeni dərs ilində bir sıra dərsliklər yenilənəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 13:31 1060 baxış

2026-2027-ci tədris ilində bir sıra fənlər üzrə dərsliklər yenilənmiş məzmunla şagirdlərin istifadəsinə veriləcək.

Elpress.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Yeni tədris ilində IV sinif üçün “Həyat bilgisi”, VII sinif üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili” və “Azərbaycan tarixi”, VIII sinif üçün “Coğrafiya”, IX sinif üçün isə “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənmiş məzmunda tədris olunacaq.Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərə yalnız nəzəri biliklərin verilməsi deyil, həm də onların əldə etdikləri bilikləri real həyat situasiyalarında tətbiq etməsi, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.Yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına yönəlmiş tapşırıqların sayı da artırılıb. Eyni zamanda maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi aktual mövzular dərsliklərin məzmununa daha sistemli şəkildə daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna-Rusiya danışıqları sentyabrda keçirilə bilər

Next Article

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakının 4 rayonunda qaz olmayacaq”

Aysel Əlibəyli 24 May 2026 · 21:19 1118 baxış Sabah Bakının 4 rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Elpress.az – a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd […]

Azərbaycanda boşanmaların nikahlara nisbəti 56-57 faizə çatıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:47 1050 baxış Dövlət Statistika Komitəsindən narahatedici rəqəmlər: 2026-cı ilin ilk 5 ayında 8 mindən çox boşanma qeydə alınıb Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı […]

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:35 1038 baxış Ötən gün ən yüksək temperatur Aran rayonlarında 37 dərəcə olub Elpress.az xəbər verir ki, Avqustun 22-si saat 10:00-a olan hava şəraiti ilə bağlı faktiki göstəricilər açıqlanıb.Milli […]