--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

TİMBİR-in II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

Elşən 29 İyun 2026 · 15:22 1201 baxış

Türkiyədə fəaliyyət göstərən beynəlxalq media təşkilatı olan Türk İnternet Media Birliyi (TİMBİR) II növbəti Qurultayını keçirib.

Qurultayda təşkilatın yeni dövr üçün rəhbər heyəti müəyyənləşdirilib. Azərbaycanı təmsil edən media nümayəndəsi Aqil Ələsgər yenidən TİMBİR-in İdarə Heyətinin üzvü seçilib.

Aqil Ələsgər bununla bağlı bildirib ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın təsdiqi ilə 7 mart 2023-cü il tarixində, 3335 saylı “Beynəlxalq Xarakterli Təşkilatların Qurulması Haqqında” Qanun və 6906 saylı Prezident Fərmanı əsasında rəsmi olaraq yaradılan TİMBİR-in II Qurultayı uğurla baş tutub.

O, ikinci fəaliyyət dövründə də İdarə Heyətində təmsil olunmasına göstərilən etimada görə təşkilatın sədri Dr. Süleyman Basaya və qurultay nümayəndələrinə təşəkkürünü ifadə edib.

Yeni seçilən İdarə Heyəti Türkiyənin müxtəlif bölgələri, Azərbaycan və Şimali Kipr Türk Respublikasından olan media nümayəndələrindən formalaşıb. İdarə Heyətində Azərbaycanı Aqil Ələsgər təmsil edir.

TİMBİR İdarə Heyətinin əsas tərkibi:

  • Süleyman Basa (Sədr)
  • Hasan Özdemir (Bursa)
  • Adil Koçalan (İstanbul)
  • Aqil Ələsgər (Azərbaycan)
  • Cengiz Aksan (Şanlıurfa)
  • Cüneyd Altıparmak (Ankara)
  • Ercihan Çakmak (Kırıkkale)
  • Ertan Birinci (KKTC)
  • Fatih Tüten (Ankara)
  • Hakan Kandemir (İzmir)
  • Hasan Cengiz (Kastamonu)
  • Adem Erdağı (Dənizli)
  • Hasan Yavuz Bakır (Rizə)
  • Mehmet Aydın (Aydın)
  • Menderes Demir (Osmaniyə)
  • Muammer Baloğlu (Zonquldaq)
  • Muhammet Kaçar (Ankara)
  • Nevser Tavgaç Eraslan (Ədirnə)
  • Osman Ateşli (İstanbul)
  • Özkan Dikmen (Təkirdağ)
  • Rıfat Sait (İzmir)
  • Sait Çetintaş (Samsun)
  • Selçuk Özdemir (Ərzincan)
  • Semra Aman Akyürek (Balıkəsir)
  • Tanju Akıncıoğlu (Trabzon)
  • Veysel Cıncık (Hatay)
  • Yücel Yalçınkaya (İstanbul)
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paytaxt və Sumqayıtda qurbağa axını: mütəxəssislər səbəbi açıqladı

Next Article

Hacıqabulda fərdi yaşayış evində yanğın baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyunun 15-i Üçün Hava Proqnozu

Aysel Əlibəyli 14 İyun 2026 · 12:46 1078 baxış Milli Hidrometeorologiya Xidmətinin növbəti gün üçün hazırladığı hava hesabatı təqdim olunub. Paytaxt və ətraf ərazilərdə göy üzü gah buludlu, gah da açımcaq olacaq. Günün böyük hissəsi […]

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Aysel Əlibəyli 01 İyun 2026 · 15:03 1088 baxış I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən 8-dək həyata keçiriləcək. Elpress.az-ın Qafqazinfo.az-a […]

Facebook və Instagram-da nasazlıq yarandı

Aysel Əlibəyli 19 İyul 2026 · 16:56 1024 baxış Facebook və Instagram qlobal texniki problemlə üzləşib Elpress.az xəbər verir ki, “Meta” şirkətinə məxsus Facebook və Instagram platformalarında qlobal texniki nasazlıq qeydə alınıb.İstifadəçilər hesablarına daxil olmaq, […]