--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni idman zalı və tibb bölməsi istifadəyə verildi

Aysel Əlibəyli 26 İyun 2026 · 17:32 1070 baxış

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışı olub.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni inşa edilən idman zalı və Baş Klinik Hospitalın Təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova bildirilib ki, müasir standartlara uyğun qurulan idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün artırılması üçün zəruri avadanlıqlarla təchiz edilib.

Daha sonra Baş Klinik Hospitalın Təcili tibbi yardım bölməsində yeni təcili yardım avtomobilləri və müasir tibbi avadanlıqlar təqdim olunub. Qeyd edilib ki, bu nəqliyyat vasitələri təxliyə olunan hərbi qulluqçulara operativ və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi üçün ən son texnologiyalarla təmin edilib.

Bildirilib ki, həyata keçirilən bu layihələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Next Article

Hörmüzdə yeni gərginlik: SEPAH üç xarici tankerin keçidinə icazə vermədi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1028 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1036 baxış Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb. Elpress.az […]

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1036 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]