--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 42 baxış

WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək.

Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə müvəqqəti xüsusi zolaqlar ayrılıb.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən açıqlamada bildirilib ki, həmin ərazilərdə 5.9 nömrəli — “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanlarının quraşdırılması işlərinə start verilib və mayın 15-dən etibarən bu nişanlarla göstərilən zolaqlar fəaliyyət göstərəcək.Müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev Prospekti, Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi və Mikayıl Müşfiq küçəsini əhatə edir.Qanunvericiliyə uyğun olaraq həmin zolaqlar avtobus zolaqları statusu daşıyacaq və müəyyən olunan müddət ərzində ora daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində cərimə tədbiri görüləcək.Forum başa çatdıqdan sonra isə müvəqqəti quraşdırılan nişanların söküləcəyi və zolaqların yenidən bütün nəqliyyat vasitələrinin istifadəsinə açılacağı qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda sosial tərəfdaşlıq üzrə yeni saziş bağlanıb

Next Article

Donald Tramp Si Cinpin İrana silah göndərilməyəcəyinə zəmanət verib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetlərini yekunlaşdırıb

Aysel Əlibəyli 03 İyun 2026 · 17:50 140 baxış Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqlar yenidən başlayıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkə […]

Ayasofyada Ərdoğandan Quran qiraəti

Aysel Əlibəyli 29 May 2026 · 23:39 48 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı burada Qurani-Kərimdən ayələr […]

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Aysel Əlibəyli 09 İyun 2026 · 11:56 88 baxış Tovuz rayonunun Cəlilli kəndində içməli su təchizatı layihəsinin açılışı həyata keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar […]

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 44 baxış VI “Yüksəliş”in son turu keçirilib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə […]