--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 09 İyul 2026 · 16:05 1034 baxış

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda temperaturun 37 dərəcəyədək yüksələcəyi gözlənilir.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 10-na olan hava proqnozunu açıqlayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 20-23, gündüz isə 30-35 dərəcə isti olacaq.Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla yanaşı, günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.Sinoptiklərin proqnozuna görə, rayonlarda havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 20-25, bəzi yerlərdə isə 28-30 dərəcə isti qeydə alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Next Article

Bakıda dəhşətli olay: Kişi qadını güllələdi, sonra özünə atəş açdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Aysel Əlibəyli 07 İyul 2026 · 11:17 1040 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələbləri vahid qaydada müəyyən ediləcək. Elpress.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan […]

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 1050 baxış Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1181 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Abşeronda şəhidlər ehtiramla anılıb

Aysel Əlibəyli 21 İyul 2026 · 15:33 1018 baxış Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət […]