--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İyulda qeyri-adi hava

Aysel Əlibəyli 01 İyul 2026 · 12:07 1034 baxış

Yay ayının ilk günündə hava dəyişdi: Azərbaycanın əksər bölgələrində leysan, dağlarda qar müşahidə olundu

İyulun ilk günündə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunub. Ölkə ərazisinin əksər hissəsində şimşək çaxıb, yağış yağıb, bəzi bölgələrdə isə yağıntılar leysan xarakterli və intensiv olub.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 1-i saat 11:00-a olan faktiki hava şəraitinə əsasən, bəzi ərazilərdə güclü yağış qeydə alınıb. Həmçinin Şahdağın 3500 metrdən yüksək ərazilərinə qar yağması müşahidə edilib.Ən çox yağıntı Şəki rayonunda qeydə alınıb. Burada 46 millimetr yağıntı düşüb ki, bu da aylıq normanın 76 faizinə bərabərdir. Oğuzda 36, Göyçayda 20, Ağdamda 16, Qəbələdə 15, Qaxın Sarıbaş kəndində 13 millimetr yağış qeydə alınıb.Yağıntılı hava şəraiti digər bölgələrdə də müşahidə olunub. Mingəçevir, Yevlax, Xızı, Zaqatala, Kürdəmir, Gədəbəy, Goranboy, Şamaxı və digər ərazilərdə müxtəlif intensivlikdə yağış yağıb.Bakıda və Abşeron yarımadasında da qısamüddətli yağıntılar qeydə alınıb. Paytaxtda və bir sıra rayonlarda yağıntının miqdarı 1-2 millimetr təşkil edib.İyul ayının başlamasına baxmayaraq dağlıq ərazilərdə qarın müşahidə olunması hava şəraitindəki kəskin dəyişkənliyi göstərir. Meteoroloji vəziyyətlə bağlı məlumatların izlənilməsi tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Next Article

bölgələrdə 20%-dək endirim

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Aysel Əlibəyli 24 İyun 2026 · 08:39 1098 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə […]

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Aysel Əlibəyli 17 İyun 2026 · 13:55 1110 baxış Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə davam etməsinə icazə verilməsi nəzərdə tutulur. Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında […]

DYP-dən həftəsonu sürücülərə çağırış

Aysel Əlibəyli 18 İyul 2026 · 15:14 1020 baxış DYP həftəsonu yollarda diqqətli olmağa çağırdı Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.Bildirilib […]

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1040 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]