--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:49 1068 baxış

Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinlərin rahat istirahəti üçün yeni ictimai çimərlik yaradılıb. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan bu istirahət məkanı təxminən 5 hektar ərazini əhatə edir.Ödənişsiz istifadəyə təqdim olunan yeni çimərlik IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Sakinlərin rahat və təhlükəsiz istirahətinin təmin olunması məqsədilə ərazidə zəruri infrastruktur yaradılıb.Çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar, zibil konteynerləri və oyun meydançaları istifadəyə verilib.Layihə çərçivəsində əlilliyi olan şəxslərin rahat hərəkəti də nəzərə alınıb. Hərəkət məhdudiyyəti olan şəxslərin suya və digər ərazilərə maneəsiz çıxışı üçün xüsusi yollar və panduslar inşa edilib, yaxın dayanacaq isə onlar üçün xüsusi nişanlarla ayrılıb.Yeni çimərliyə giriş və yaradılan bütün imkanlardan istifadə tamamilə ödənişsizdir. IDEA tərəfindən yaradılan nümunəvi ictimai çimərliklər həm əhalinin rahat istirahətinə şərait yaratmaq, həm də ekoloji və sosial məsuliyyət anlayışlarını təşviq etmək məqsədi daşıyır.Qeyd edək ki, bundan əvvəl Leyla Əliyevanın təşəbbüsü ilə Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər abadlaşdırılaraq nümunəvi ictimai çimərliklər yaradılıb. Hövsandakı yeni çimərliklərlə birlikdə onların sayı yeddiyə çatıb.IDEA İctimai Birliyi vətəndaşları dəniz mövsümündə sahillərin təmizliyini qorumağa, ətraf mühiti çirkləndirməməyə, suda təhlükəsizlik qaydalarına əməl etməyə və istirahət zamanı diqqətli olmağa çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Next Article

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1036 baxış Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb. Elpress.az […]

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 1078 baxış Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal […]

İyul ayının pensiyaları ödənildi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:50 1020 baxış Respublika üzrə iyul ayının pensiya ödənişləri tam yekunlaşıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, respublika üzrə iyul ayının pensiya ödənişləri […]