--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Ekspert açıqladı: bəzi ixtisaslarda keçid balları arta, bəzilərində isə enə bilər

Aysel Əlibəyli 19 İyun 2026 · 11:20 46 baxış

Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra abituriyentləri maraqlandıran əsas suallardan biri də hansı ixtisaslarda keçid ballarının yüksələcəyi, hansılarda isə aşağı düşəcəyi ilə bağlıdır.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Artıq 2-ci və 3-cü qruplar üzrə keçirilən imtahanların nəticələri elan olunub. İmtahanda iştirakını təsdiqləyən ərizəsini təsdiq etmiş 56 847 abituriyentdən 2429 nəfərin imtahanda iştirak etmədiyi bildirilib. Bununla da ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak mərhələsi yekunlaşıb.Təhsil eksperti Elçin Əfəndi bildirib ki, nəticələrdən görünür ki, bir çox abituriyent gözlədiyi göstəricini əldə edə bilməyib. Onun sözlərinə görə, 200-400 bal aralığında olan ixtisaslarda rəqabətin daha yüksək olacağı gözlənilir, 500 baldan yuxarı ixtisaslarda isə keçid ballarında müəyyən enmə müşahidə oluna bilər.Ekspert qeyd edib ki, 2-ci qrup üzrə maliyyə, iqtisadiyyat və tədrisi ingilis dilində olan bəzi ixtisaslarda bal artımı ehtimal olunur. Bununla yanaşı, marketinq, turizm və statistika ixtisaslarında keçid ballarının aşağı düşməsi mümkündür.3-cü qrup üzrə isə politologiya, xarici dil, hüquqşünaslıq və müəllimlik ixtisaslarında balların yüksələ biləcəyi proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanda koronavirusa yoluxma qeydə alınıb

Next Article

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah termometrlər 32 dərəcəni göstərəcək. 🌡️☀️

Aysel Əlibəyli 04 İyun 2026 · 14:04 116 baxış Sinoptiklər iyunun 5-də ölkə ərazisində hökm sürəcək hava şəraiti ilə bağlı növbəti proqnozu açıqlayıblar, gözlənilən meteoroloji dəyişikliklər barədə məlumat təqdim olunub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata […]

Kənan Seyidovun birinci müavini təyin olundu

Aysel Əlibəyli 08 İyul 2026 · 15:20 20 baxış Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təyin edilib. Elpress.az xeber verir ki, Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Vətən Müharibəsi […]