--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BMU komandası nazirliyin proqramında birinci oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:10 1046 baxış

Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komanda Müdafiə Sənayesi Nazirliyinin elmi proqramında ən yüksək nəticəni əldə edib.

Elpress.az xəbər verir ki , Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı Cəsurlar” komandası Müdafiə Sənayesi Nazirliyinin “Milli Tədqiqatların Dəstəklənməsi Proqramı” çərçivəsində həyata keçirilən “Milli Energetik Materialların İnkişafı Proqramı” üzrə I yerə layiq görülüb.Komandaya mükafatı müdafiə sənayesi naziri Vüqar Mustafayev təqdim edib. Qaliblər proqramın 2025–2026-cı tədris ili üzrə yekunlarına həsr olunan hesabat və məzun günü tədbirində elan olunublar.Tədbir zamanı universitet-sənaye əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə BMU rəhbərliyinə xüsusi təşəkkürnamə təqdim edilib. Proqramı uğurla başa vuran universitet tələbələri isə sertifikatlarla təltif olunublar.Qeyd olunub ki, əldə olunan uğur BMU-da elmi-tədqiqat fəaliyyətinin inkişafı, innovativ layihələrin dəstəklənməsi və universitet-sənaye əməkdaşlığının uğurlu nəticələrinin göstəricisidir. Eyni zamanda, bu nailiyyət ölkədə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində milli elmi potensialın gücləndirilməsinə universitetin verdiyi töhfəni nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cevdet Yılmaz: Türkiyəyə yeni mülki Konstitusiya lazımdır

Next Article

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1048 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 1052 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti İlham Əliyevin […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1136 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]