--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanlı dənizçilərə müharibə zonaları ilə bağlı çağırış

Aysel Əlibəyli 16 İyul 2026 · 13:46 1034 baxış

Dövlət Dəniz və Liman Agentliyi dənizçiləri yüksək riskli bölgələrə səfərlərdən çəkinməyə çağırıb

Elpress.az xəbər verir ki , Dövlət Dəniz və Liman Agentliyi son aylarda xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı yayılan xəbərlərin dərin təəssüf doğurduğunu bildirib.Qurum həlak olan dənizçilərə Allahdan rəhmət, onların ailə üzvləri və yaxınlarına səbir diləyərək, hazırda təhlükəsizlik riskinin yüksək olduğu bölgələrlə bağlı mühüm xəbərdarlıq edib.Agentlik xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzi istiqamətlərində təhlükəsizlik risklərinin yüksək olduğunu vurğulayaraq, azərbaycanlı dənizçiləri həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb.Bildirilib ki, müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərə razılıq verməzdən əvvəl mövcud təhlükələr diqqətlə qiymətləndirilməli, rəsmi qurumların xəbərdarlıqları nəzərə alınmalı və imkan daxilində belə marşrutlardan istifadə edilməməlidir.Agentlik eyni zamanda gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə, riskli bölgələrə səfərlər zamanı bütün zəruri təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda həmin marşrutlardan imtina etməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ucarda fərdi ev alovlara təslim oldu

Next Article

Xəzərdə külək enerjisi layihələri ilə bağlı əməkdaşlıq müzakirə edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Baş prokuror vətəndaşlarla görüşəcək

Aysel Əlibəyli 08 İyun 2026 · 11:17 1074 baxış Baş prokuror Kamran Əliyev iyunun 12-də paytaxtın Nərimanov rayonunda vətəndaş qəbulu keçirəcək. Elpress.az “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, qəbul saat 10:00-da […]

Subbakalavrların qəbul narazılığı

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:50 1022 baxış Ali məktəblərə imtahansız qəbul qaydaları dəyişdi: Subbakalavrlar narazıdır, DİM-dən cavab gəldi Elpress.az xəbər verir ki, Ölkədə bəzi subbakalavrlar ali təhsil müəssisələrinə qəbul qaydalarındakı son dəyişikliklərdən narazılıqlarını […]

Şəhid anası qızına böyrəyini bağışladı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:09 1028 baxış Şəhid anası qızının həyatı üçün donor olaraq böyrəyini verdi Elpress.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində övladını itirən şəhid anası qızının sağlamlığı üçün donor olaraq […]