Yaponiyanın mərkəzi hissəsində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Elpress.az xəbər verir ki, yeraltı təkanlarla əlaqədar ölkənin ümummilli xəbərdarlıq sistemi işə düşüb.Zəlzələnin yaratdığı güclü təkanların təxminən 20 saniyə davam etdiyi bildirilib.
Zəlzələ nəticəsində dağıntı və xəsarətlərlə bağlı hələlik məlumat verilməyib.


