--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

WUF13 iştirakçısı: “Azərbaycanın yenidənqurma təcrübəsi digər ölkələr üçün faydalıdır

Elşən 20 May 2026 · 15:03 50 baxış

Yaşıl sahələr və ictimai məkanlar hər bir böyük şəhərin ayrılmaz hissəsi olmalıdır. Çünki yaşıllıq şəhər mühitində təbii balansın qorunmasına kömək edir, ictimai məkanlar isə insanların istirahəti və sosial həyatı üçün vacib rol oynayır.

Elpress.az xəbər verirki bunu Azərtac-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən nigeriyalı mütəxəssis Uzoma Aqaptus deyib.

O bildirib ki, şəhərlərdə, hətta kiçik ölçüdə olsa belə, insanların dincələ və vaxt keçirə biləcəyi açıq məkanların yaradılması çox önəmlidir: “İnsanlar belə yerlərdə rahatlanır, ünsiyyət qurur və gündəlik həyatın stresindən uzaqlaşırlar. Azərbaycan haqqında əldə etdiyimiz məlumatlar göstərir ki, ölkə müharibə və dağıntılar dövründən keçib. Buna baxmayaraq, burada aparılan yenidənqurma və şəhərsalma işləri diqqətəlayiqdir. Bakıda qədim şəhər hissəsi ilə müasir şəhərsalmanın bir arada inkişaf etməsi xüsusi maraq doğurur. Hesab edirəm ki, Azərbaycan və xüsusilə Bakı şəhəri müasir şəhərsalma və yenidənqurma sahəsində nümunə kimi öyrənilə bilər. Bu təcrübə müharibədən zərər görmüş digər şəhərlər üçün də faydalı ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Next Article

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü

Aysel Əlibəyli 21 İyun 2026 · 19:32 72 baxış Merilenddə baş verən təyyarə qəzasında pilot və iki sərnişin həyatını itirib. Elpress.az-ın məlumatına əsasən, ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarə qəzası baş verib.Gecə saatlarında qeydə alınan hadisə […]

ABŞ-İsrail arasında casusluq böhranı

Aysel Əlibəyli 07 İyun 2026 · 13:06 82 baxış ABŞ və İsrail arasında kəşfiyyat sahəsində gərginlik yaşandığı ilə bağlı iddialar gündəmə gəlib. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail tərəfindən ABŞ-yə qarşı casusluq fəaliyyətinin artmasından […]

Putindən Ermənistana sərt xəbərdarlıq

Aysel Əlibəyli 29 May 2026 · 23:52 52 baxış Rusiya Prezidenti Vladimir Putin açıqlayıb ki, İrəvan Avropa İttifaqına doğru addimlamaqda davam etsə, Moskva Ermənistanla iqtisadi inteqrasiyanı faktiki olaraq dayandıracaq. Elpress.az Milli.az-a istinadən xəbər verir ki, […]