--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1188 baxış

Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib ki, Ankara Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir.Nazir vurğulayıb ki, Türkiyə pilotsuz uçuş aparatlarının istehsalında qabaqcıl ölkələrdən biri hesab olunur və bu sahədə Tokio ilə əlaqələrin inkişafına xüsusi önəm verir.Fidanın sözlərinə görə, Türkiyə və Yaponiya bir-birini tamamlayan imkanlara malikdir və hər iki tərəf üçün faydalı olacaq əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir.O qeyd edib ki, Türkiyənin PUA və dron texnologiyaları müxtəlif əməliyyat şəraitlərində sınaqdan uğurla çıxıb. Bu texnologiyalar xüsusilə sahil və sərhəd təhlükəsizliyi istiqamətində Yaponiya ilə birgə layihələrin və ortaq istehsalın həyata keçirilməsi üçün geniş imkanlar yaradır.Nazir həmçinin Türkiyə ilə Yaponiya arasında sosial təminat sazişi üzrə aparılan danışıqlarda müsbət irəliləyişlərin əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, son görüşlər uğurlu keçib və tərəflər yaxın zamanda yekun razılığa gələcəklərinə ümid edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DÇ-2026-nın ən bahalı millisi müəyyənləşdi

Next Article

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişaf hədəfləri böyük əhəmiyyət daşıyır.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:36 1124 baxış Böyük Britaniyanın Şimali İrlandiya bölgəsinin paytaxtı Belfastda baş verən iğtişaşlar gündəmin əsas mövzularından birinə çevrilib. Elpress.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yaşanan qarşıdurmalar zamanı küçələrdə […]

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:31 1062 baxış Keçmiş SEPAH komandanı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi oldu Elpress.az xəbər verir ki, İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Möhsin Rezai Milli Təhlükəsizlik […]

Ali Rada yeni Baş naziri təsdiqlədi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:26 1070 baxış Ukrayna parlamenti Sergey Koretskinin Baş nazir təyin olunmasına səs verib Elpress.az xəbər verir ki, Ukraynada hökumət rəhbərliyində dəyişiklik baş verib. Sergey Koretski ölkənin yeni Baş naziri […]