--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Maduro həbsdən sonra çəkilən ilk fotosunun necə əldə edildiyini oğlu açıqladı

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 08:45 1040 baxış

Elpress.az xəbər verir ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi zamanı saxlanılan ölkənin keçmiş prezidenti Nikolas Maduronun həbsdən sonra çəkilmiş ilk fotosunun ailəsinə necə çatdırıldığı məlum olub.
Məlumatı Maduronun oğlu Nikolas Maduro Querra “X” hesabında paylaşdığı açıqlamada verib. “Nikolassito” ləqəbi ilə tanınan Maduro Querra bildirib ki, sözügedən foto iyunun 25-də, Venesuelada baş verən iki güclü zəlzələdən bir gün sonra çəkilib.
Onun sözlərinə görə, həmin vaxt Maduro televiziyadan zəlzələnin yaratdığı fəsadları izləyib və hadisədən ciddi şəkildə narahat olub. Keçmiş prezident həmin gün ailəsi ilə telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlayaraq La Quaira və digər bölgələrdəki vəziyyətlə maraqlanıb.
Nikolasito qeyd edib ki, foto çəkilən zaman atası şəkil çəkdirmək üçün münasib əhvalda olmayıb. Lakin fotoqrafın təkidindən sonra Maduro görüntünün gələcəkdə onun vəziyyətinin yaxşı, həmçinin güclü və dözümlü olduğunu göstərməsinə xidmət edə biləcəyini düşünərək foto çəkdirməyə razılıq verib.
Maduro Querra bildirib ki, fotoqrafa görüntünün iki çap olunmuş nüsxəsi təqdim edilib. Həmin nüsxələr iyulun 13-də poçt vasitəsilə göndərilib və avqustun 25-də ABŞ-də yaşayan ailə üzvlərinə çatıb.
Ailənin fotonun ictimaiyyətə necə təqdim olunacağını müzakirə etdiyini deyən Nikolasito sonradan atasından foto ilə birlikdə yayımlanması üçün mesaj hazırlamasını istəyiblər. Onun sözlərinə görə, Maduro avqustun 28-də telefon danışığı zamanı həmin mesajı diktə edib və foto avqustun 30-da ictimaiyyətə təqdim olunub.
Maduro Querra həm atasının, həm də anası Siliya Floresin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklərini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Next Article

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Börnem Trampı İranla müharibəni dayandırmağa çağıracaq

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 05:51 1020 baxış Britaniya Baş nazirinin ABŞ Prezidenti ilə görüşündə Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə edəcəyi gözlənilir Elpress.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnem sentyabrın […]

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Aysel Əlibəyli 02 İyul 2026 · 16:11 1108 baxış Elpress.az xəbər verir ki, ABŞ ilə İran arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi nəzərdə tutulur. Məlumata görə, danışıqların gündəmində tərəflər arasında qarşılıqlı öhdəliklərin icrası, […]

Livanda ölənlərin sayı 4303-ə yüksəldi

Aysel Əlibəyli 04 İyul 2026 · 23:07 1100 baxış İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi intensiv hava hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir. Elpress.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, martın […]

İtaliyada 6 milyon avroluq kakao daşıyan Türk TIR-ı qarət edildi

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 10:24 1052 baxış Elpress.az xəbər verir ki, Antalya mərkəzli logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan Türk TIR-ı İtaliyanın Bari şəhəri yaxınlığında silahlı şəxslərin hücumuna məruz […]