--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İranda etirazçı gənc edam edildi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:13 1064 baxış

Yanvar etirazlarında saxlanılan 19 yaşlı Xeyrxah haqqında ölüm hökmü icra olundu

Elpress.az xəbər verir ki, İranda ölkə miqyasında baş verən nümayişlər zamanı həbs edilən 19 yaşlı gənc edam edilib. Şahrud İnqilab Məhkəməsi tərəfindən “Allaha qarşı düşmənçilik” ittihamı ilə ölüm cəzasına məhkum edilən Xeyrxahın hökmü Apellyasiya instansiyası və İran Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdı.Ailəsi ilə son görüşündə gəncin “Biz vətənimizin azadlığı üçün ayağa qalxdıq, seçdiyimiz yolun susdurulmasına izin verməyin” dediyi bildirilir. İnsan haqları təşkilatları minlərlə etirazçının saxlanıldığını xəbər versə də, İranın məhkəmə hakimiyyəti edam faktı ilə bağlı hələlik rəsmi bəyanat yaymayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərakeşdən Avropaya kütləvi miqrant axını

Next Article

Elektron siqaretlər mülki dövriyyədən çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:34 1062 baxış Kreml iki liderin APEC sammiti çərçivəsində mümkün görüşü barədə açıqlama verib Elpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın noyabr ayında […]

ABŞ və İran arasında yeni danışıqlar İsveçrədə keçiriləcək

Aysel Əlibəyli 20 İyun 2026 · 19:04 1138 baxış Pakistan ABŞ və İran nümayəndələrinin iştirakı ilə texniki danışıqların İsveçrədə baş tutacağını açıqlayıb. Elpress.az-ın məlumatına əsasən, Pakistan ABŞ və İran arasında aparılan diplomatik proses çərçivəsində növbəti […]