--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İran və Oman Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:46 56 baxış

Tehran və Məsqət arasında diplomatik təmaslar: XİN rəhbərləri Hörmüz boğazında gəmiçilik və regional prosesləri müzakirə edib

İran və Oman xarici işlər nazirləri arasında telefon danışığı baş tutub, görüş zamanı regional vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Seyid Bədr əl-Busaidi söhbət zamanı xüsusilə Hörmüz boğazında mövcud gəmiçilik vəziyyətini və bu istiqamətdə nəzərdə tutulan müvəqqəti mexanizmləri müzakirə ediblər.Tərəflər regional sabitliyin qorunması, bu sahədə koordinasiyanın gücləndirilməsi, ikitərəfli məsləhətləşmələrin davam etdirilməsi, eləcə də texniki və ekspert səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.Danışıq zamanı İran nümayəndə heyətinin yaxın vaxtlarda Məsqətə səfəri və keçirilmiş danışıqların nəticələri də müsbət qiymətləndirilib. Nazirlər diplomatik kanallar vasitəsilə təmasların davam etdirilməsinin və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MN-in hərbi qulluqçuları təltif olundu

Next Article

DÇ-2026-da F qrupunda həlledici gecə: Niderland və Yaponiya meydana çıxır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda sərt xətt ABŞ ilə razılaşmanı pozmağa cəhd edir

Aysel Əlibəyli 30 May 2026 · 17:36 124 baxış İranda siyasi mübarizə davam edir, sərt xətt tərəfdarlarının kiçik, lakin səs-küylü bir qrupunun danışıqları pozmaq məqsədilə mitinqlərdən, dövlət mediasından, həmçinin müxtəlif özəl və ictimai bəyanatlardan fəal […]

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Aysel Əlibəyli 05 İyul 2026 · 20:09 24 baxış Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına daxil olmasına icazə verməyib. Elpress.az xəbər verir ki, Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin […]