--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xorvatiya nümayəndə heyəti Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Aysel Əlibəyli 03 İyul 2026 · 13:53 32 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.

Nümayəndə heyətinin tərkibində Xorvatiya Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı, polkovnik Goran Huljev, “Katarina Zrinska” adına Xarici Dillər Mərkəzinin direktoru İrina Prifi Duriç və digər rəsmilər yer alıblar.Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda və Heydər Əliyev adına Hərbi İnstitut keçirilən görüşlərdə iştirak ediblər.

Görüşlər zamanı Azərbaycan və Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadr hazırlığı, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Xorvatiyalı qonaqlara hər iki ali hərbi təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi, maddi-texniki bazası və mövcud infrastruktur barədə ətraflı məlumat təqdim olunub. Onlar tədris korpusları və digər obyektlərlə də yaxından tanış olublar.

Səfər çərçivəsində tərəflər hərbi təhsil sisteminin təşkili, müasir tədris yanaşmaları və bu sahədə tətbiq olunan yeniliklərə dair təqdimatlarla çıxış edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeronda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verildi

Next Article

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bu rayonlarda leysan yağacaq – XƏBƏRDARLIQ

Aysel Əlibəyli 30 İyun 2026 · 13:14 128 baxış Elpress.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla yanaşı, gecə saatlarında yarımadanın bəzi […]

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 22 baxış Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib. Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət […]

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:15 20 baxış Psixoloqlar açıqladı: Yüksək zəkaya sahib insanların ən mühüm ortaq xüsusiyyəti bəlli olub Elpress.az-ın məlumatına əsasən, Yüksək idrak qabiliyyətinə malik insanların düşüncə prosesləri üzərində aparılan araşdırmalar göstərir […]

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 14 baxış Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb. Elpress.az xəbər verir […]