--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Məktəblərdə süni intellekt dərsləri: Bu fənləri kimlər tədris edəcək?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:33 1036 baxış

Elpress.az xəbər verir ki, bu ilin sentyabr ayından etibarən Azərbaycanda məktəblərdə süni intellekt və kibertəhlükəsizlik dərslərinin tədrisinə başlanılması nəzərdə tutulur.

Yeni fənlərin hansı müəllimlər tərəfindən tədris ediləcəyi ilə bağlı məsələyə təhsil eksperti Elçin Əfəndi aydınlıq gətirib.

Ekspert bildirib ki, təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır. Onun sözlərinə görə, bu dərslərə informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt və maşın təlimi üzrə ixtisaslaşmış mütəxəssislər, həmçinin riyaziyyat müəllimləri cəlb oluna bilərlər.

Elçin Əfəndi qeyd edib ki, yeni fənlər üzrə tədris mərhələli şəkildə həyata keçiriləcək və ilkin mərhələdə digər əsas fənlərdə olduğu qədər geniş dərs saatı ayrılması planlaşdırılmır.

Ekspert əlavə edib ki, perspektivdə süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsi vacib olacaq. Bu məqsədlə gələcəkdə müəllim hazırlığı proqramlarına yeni istiqamətlərin daxil edilməsi və ya ixtisaslaşmış mütəxəssislərin birbaşa tədris prosesinə cəlb olunması zərurəti yarana bilər.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə rəsmi sorğu ünvanlandığı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə qadın ərini avtomobillə vurdu

Next Article

Sabah 38 dərəcə isti olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1124 baxış Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası […]

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1046 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]

Bakının 5 əsas yolunda nəqliyyat sıxlığı yarandı

Aysel Əlibəyli 03 Avqust 2026 · 09:47 1028 baxış Bakının bir sıra əsas magistral yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata əsasən, […]