--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda 143 dərman vasitəsinin yeni qiyməti təsdiqləndi

Aysel Əlibəyli 23 İyul 2026 · 00:37 1030 baxış

Elpress.az xəbər verir ki, Tarif Şurasının növbəti iclasında ölkədə satışda olan bir sıra dərman vasitələrinin qiymətləri yenidən tənzimlənib.

Qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyənləşdirilib. Qiymətlər dərmanların ticarət adı, farmasevtik forması, təsiredici maddəsi, dozası, qablaşdırılması və istehsal ölkəsi nəzərə alınmaqla təsdiq edilib.

Bildirilib ki, qiyməti təsdiqlənən dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet səhifəsinin “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qeyd edək ki, yeni qiymətlər barədə qəbul edilən qərar 23 iyul tarixindən qüvvəyə minəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Neftçi” Avropa sınağına başladı – “Dinamo” ilə ilk duel

Next Article

HƏMAS rəhbərindən ilk çağırış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 17:49 1040 baxış İldırımlı hava şəraiti səbəbindən iyulun 6-na planlaşdırılan bəzi Bakı–Naxçıvan aviareyslərinin icrası təxirə salınıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb. Bildirilib […]