--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş hazırlığını artırır – təlim uçuşları keçirildi

Aysel Əlibəyli 06 İyul 2026 · 18:18 34 baxış

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində 2026-cı ilin hazırlıq planına uyğun növbəti təlim-məşq uçuşları icra olunub.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, uçuşlardan əvvəl pilotların sağlamlıq vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları üzrə təlimatlandırma aparılıb və aviasiya texnikasına baxış keçirilib. Təlim proqramına əsasən “JF-17C” (Block-III), “Su-25ML”, “Su-25” və “L-39” tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.

Pilotlar fərdi və qrup şəklində müxtəlif taktiki tapşırıqları icra edib, hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş əməliyyatları, hədəflərin aşkar edilərək məhv edilməsi və xüsusi hallarda operativ qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.

Təlimlər zamanı əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitdə döyüş tapşırıqlarının dəqiq və təhlükəsiz yerinə yetirilməsinə, həmçinin aviasiya vasitələrinin döyüş imkanlarının artırılmasına yönəldilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Next Article

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüş keçirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 20:26 26 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Ankarada görüş keçirib. Elpress.az xəbər verir ki, görüş NATO liderlərinin sammiti ərəfəsində baş tutub. Tərəflər […]

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrılıb

Aysel Əlibəyli 02 İyul 2026 · 22:18 44 baxış Elpress.az xəbər verir ki, jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb. Elnur Hidayətoğlu bu barədə sosial şəbəkə hesabında […]

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Aysel Əlibəyli 02 İyul 2026 · 13:36 42 baxış İyulun 6-dan 31-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq. Elpress.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaydığı məlumata görə, əlavə reyslərə əsasən […]