--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1070 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib.

Tədbirin açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, belə beynəlxalq layihələr gənc alim və tədqiqatçıların innovativ ideyalarının dünya səviyyəsində tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Müsabiqəyə bu il 150-yə yaxın müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən iştirakçılar müxtəlif ali təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını təmsil edən 18 layihə ilə final mərhələsində çıxış edərək ideyalarını üç dəqiqə ərzində təqdim ediblər. Layihələr innovativlik, praktik əhəmiyyət, təqdimat bacarığı və auditoriyaya təsir kimi meyarlar əsasında qiymətləndirilib.Yekunda Bakı Ali Neft Məktəbinin tədqiqatçısı Aytac Süleymanzadə “Breaking Walls of Volatile Batteries” (“Dəyişkən batareyalar üçün həll”) layihəsi ilə müsabiqənin Azərbaycan üzrə qalibi elan olunub.Yeni nəsil elektrolitlərin hazırlanmasını nəzərdə tutan layihə batareyaların təhlükəsizliyinin, istismar müddətinin və səmərəliliyinin artırılmasına yönəlib.

Aytac Süleymanzadə noyabr ayında Berlində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Next Article

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 1122 baxış Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 […]