--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1058 baxış

Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və icra hakimiyyətinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.Daha sonra icra hakimiyyətinin inzibati binasında Ulu Öndərin büstü önünə güllər qoyulub və onun dövlətçilik irsinə dərin hörmət ifadə olunub.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onların fəaliyyətinin ölkənin idarəçilik sistemində mühüm rol oynadığını vurğulayıb.O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyində səmərəlilik, operativlik və vətəndaş məmnunluğunun artırılması prioritet istiqamət kimi müəyyən edilib.Tədbirdə dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi, vətəndaş müraciətlərinə həssas yanaşması və xidmət keyfiyyətinin yüksəldilməsi kimi məsələlər də xüsusi vurğulanıb.Sonda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup əməkdaş təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycandan Türkmənistana ixrac 37 faizə yaxın artıb

Next Article

Ukrayna Krımda dəmir yolu körpüsünü dronla vurub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1068 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]

İlham Əliyev Berlində rəsmi qarşılandı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:17 1020 baxış Prezident İlham Əliyevin Almaniyada rəsmi qarşılanma mərasimi keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Almaniya Federativ Respublikasının […]