--:--:-- | 27 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Fransa siyasətində yeni açıqlama: Gabriel Attal prezident seçkilərində namizədliyini rəsmən irəli sürüb.

Aysel Əlibəyli 25 May 2026 · 00:27 1149 baxış

Fransa siyasətində mühüm inkişaf: Gabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini rəsmi şəkildə elan edib.

Açıqlama onun sağ mərkəzçi siyasi blok daxilində mövqeyini gücləndirmə strategiyasının yeni mərhələsi kimi qiymətləndirilir. Elpress.az Azərtac-a istinadən xəbər verirki Namizədlik elanının Aveyron departamentində yerləşən Mur-de-Barrez kommunasında, təxminən 700 nəfərlik kiçik bir yaşayış məntəqəsində edildiyi bildirilir.Attalın bu addımı yaxın günlərdə “La Tribune Dimanche” qəzetində dərc olunan və yüzlərlə yerli seçilmiş şəxsin imzaladığı çağırışdan sonra gəlib. Həmin müraciətdə onun prezident seçkilərində iştirak etməsi istənilirdi.2024-cü ilin dekabrından etibarən partiya rəhbərliyinə keçən Attal müxtəlif siyasi tədbirlər və ictimai çıxışlarla gündəmdə qalır.Onun mayın 30-da Parisdə genişmiqyaslı mitinq keçirməsi planlaşdırılır. Ekspertlər bu mərhələni 2027 seçkiləri öncəsi siyasi rəqabətin daha da kəskinləşməsi kimi dəyərləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Övladlarımın heç kimə möhtac qalmaması üçün çalışıram”

Next Article

Hezbollah İsrailə qarşı 28 əməliyyat keçirdiyini açıqlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Aysel Əlibəyli 23 Avqust 2026 · 14:46 1014 baxış Azərbaycan Prezidenti Daşkənddə Şavkat Mirziyoyev tərəfindən qarşılanıb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.Dövlət başçısını və birinci […]