--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ərtoğruldan Atatürkə, Atatürkdən Ərdoğana

Aysel Əlibəyli 12 İyul 2026 · 11:37 1088 baxış

“Həqiqəti söyləmək asandır, onu başa salmaq çətindir”. – Rumi

Bir zamanlar min iki yüz ilin axırıncı on illiyində qırx minlik qoşunla Osman Qazinin üçüncü oğlu Ərtoğrul Qazi Bizansların Anadolu  torpaqlarında törətdikləri barbar hərəkətlərinə görə, Güney Azərbaycanın Muğan bölgəsindən Türkiyəyə köməyə gedərək bütün bölgələri işğalçılardan azad edərək Əsgişəhər yaxınlığındakı Söyüdlüdə Babasının şərəfinə Osmanlı (əslində Atman – Oğuz ) Dövlətinin əsasını qoymuşdur .O, zaman Bizanslar tərəfindən ana-bacılarımızın döşlərinin kəsilib, uşağların öldürülüb itlərə yem edilməsi Güney Oğuz türklərinin qəzəb və nifrətinə səbəb olmuş və qisas almaq üçün babalarımız Anadoluya yürüş etmişlər.

Daxili çəkişmələrə son qoyulmuş, daha geniş ərazilər Osmanlı Dövlətinin tərkibinə qatılmış və nəticə etibarı ilə 530 il davam edən bir Dövlət tarixdə öz şərəfli yerini tapmışdır.

Xarici Dövlətlərin, o cümlədən Fransa, İngiltərə və onlara dəstək verən digər ölkələrin dəstəyiylə Misir qiyamından başlayan narazılıqlar ölkə daxilinə yeridildi və sonucda Böyük bir Dövlətin dağılıb parçalanmasına və yerində indiki müasir Türkiyə Cumhuriyyətinin yaranmasına gətirib çıxartdı.

Bildiyimiz kimi, Avropanın bir çox dövlətlərində, başlıca isə İngiltərədə hökm sürən Krallıq, monarxiyalı dövlət qurluşu qorunub saxlanılsada, başqa dövlətlər üçün bu quruluş məqbul sayılmırdı. Bu dövlətlər, qabaqcadan düşünülmüş proqramlarıyla birgə, ölkə içindəki satqınları da öz mübarizələrinə qatmaqla Türkiyədə  fəaliyyətlərini qoruyub saxlaya bilirdilər.

Osmanl Türkiyəsindən Atatürk Türkiyəsinə, demokratik dövlət qurluşuna da bu dövlətlər daim xəyanət etmiş, dövlətin inkişafını  əngəlləmiş, öz siyasi və iyrənc niyətlərinə nail olmaq üçün daim gizli mübarizələrini Millətimizə və onu yeni yaradılan dövlətinə qarşı aparmışlar. Türkiyə Cumhuriyyəti yaransada bir hissəsində, Qarsda Rus, Şərq hissəsində  müstəqillik hegomonluğu,ayrı-ayrı bölgələrdə hakimiyyətsizlik, qurulmaqda olan bir dövləti süquta yetirmək məqsədi daşıyırdı. Yalnız, Atatürk və silahdaşlarının, BöyükTürk Millətimizin birlik və mübarizliyi Türkiyə Cumhuriyyətini yenidən parçalanmaqdan qoruya bildi.

 Öz müstəqil siyasətini dünya siyasətçilərinə qəbul etdirən, idarəçilik sistemində Milləti və Dövləti önə vermək Atatürk ideologiyasının əsas şüarı olduğundan Türkiyə Cumhuriyyəti ayaq üstdə durmağı bacardı.

Atatürk hakimiyyətindən sonra xarici qüvvələr yenidən, öz yetişdirdikləri adamlar vasitəsilə Türkiyə Cumhiriyyətinin hakimiyyət orqanlarında yer tapa və möhkəmlənə bildilər. Uzun bir dövrlərdə  Böyük Millət Məclisinin formalaşmasında, hökumətin yaranmasında və dövlət siyasətinin formalaşmasında Amerika, İngiltər və Fransa öz iyrənc rollarını oynaya bildilər.

Və bu oyunu Ərdoğan pozdu. Bütün kin və nifrətlərinin səbəbi də budur. Təkcə Türkiyədə qərbin təkərinə çomaq soxmadı. Qafqazlarda, Afrikada, dünyanın dörd bir yanında özünü hamıdan üstün tutan Beşliyə qarşı dik durdu. Əbdülhəmid kimi oyun içində oyunlar qurdu.

Ərdoğanın şansı Əbdülhəmiddən fərqli olaraq onda gətirdi ki, Qafqazlarda onunla eyni qayəni paylaşan İlham Əliyev vardı və bu iki qardaş birlikdə Qarabağa imza ataraq, dünyanın otuz ildən bəri ermənidə qalması üçün çaba göstərdiyi torpaqları geri aldılar. Rusiya, Avropa, ABŞ və Çin arasında balans quran Ərdoğanın uğuru da budur.

Millətçilərin qızıl alması olanları bir-bir gerçəkləşdirir. Qazi Mustafa Kamalın partiyası ayrı siyasət izlərkən, Atatürkün gələcək nəsillərə vəsiyyətlərini reallaşdırır.

Tək Atatürkün deyil, əcdadın da yolundan gedir. Fateh Sultan Mehmetin camiyə çevirdiyi Ayasofyanı bütün təzyiqlərə rəğmən yenidən ibadətə açır. Həm də bunu edərkən, daxildən və xaricdən hücumlara məruz qalır.

Dünyanın super gücləri açıq şəkildə onu devirmək istədiklərini elan edirlər. Buna cəhd edirlər. 15 iyul 2016-cı ildə olduğu kimi. FETÖ, PKK kimi terror örgütləri ilə onun ayağına dolançaq istəyirlər. Fəqət Ərdoğan onların üzərinə basa-basa yüksəlir. Əlbəttə, Ərdoğan da fanidir və bir gün hər bir bəşər övladı kimi aramızdan köçəcək. Ancaq Türk Dünyasının güclü Türkiyəyə ehtiyacı var.

Güclü Türkiyənin bütün daşlarının yerinə oturması üçün də Ərdoğana ehtiyac var. Çünki gözü qara olmayanın, risk etməyə cəsarət etməyənin 20 ildə bu qədər yolu qət etməsi mümkün deyildi. Ərdoğanın etdikləri isə edəcəklərinin təminatıdır.

Əli Hacı Ağaevli

Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin Direktoru,

Dünya Azərbaycanlıları Konkresinin Avropa Ölkələri üzrə Koordinatoru,

Türkiyə Cumhuriyyəti Altun Ödül Mükafatı Laureatı

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xulian Alvares Argentina–İsveçrə matçının ən yaxşısı seçildi

Next Article

Buzovna–Bilgəh yolunda “Vita” markalı avtomobil yanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Aysel Əlibəyli 15 İyun 2026 · 18:04 1088 baxış ABŞ və İran arasında mümkün razılaşma Yaxın Şərqin təhlükəsizlik sisteminə və qlobal enerji bazarlarına təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Analitiklərin fikrincə, proses üç […]

Allahşükür Paşazadə süni intellektdən danışdı

Aysel Əlibəyli 23 İyul 2026 · 13:30 1044 baxış QMİ sədri süni intellektdən istifadə zamanı mənəvi və dini dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Elpress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” […]

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1066 baxış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata […]

Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif olunub

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:03 1018 baxış Özbəkistan Prezidentinə Azərbaycanla münasibətlərin inkişafındakı xidmətlərinə görə yüksək dövlət ordeni verilib Elpress.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni ilə […]