--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İçərişəhərdə “Qarabağın mədəniyyət xəritəsi – hər rayonun səsi” festivalının açılış mərasimi təşkil olunub.

Aysel Əlibəyli 30 May 2026 · 18:03 112 baxış

İçərişəhərdə “Qarabağın mədəniyyət xəritəsi – hər rayonun səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi keçirilib.

Elpress.az-ın Trend.az-a istinadən verdiyi məlumata əsasən, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd-İctimai Maarif” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsini tanıtmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və bölgənin mədəni potensialını geniş ictimaiyyətə təqdim etmək olub. Tədbir çərçivəsində Qarabağa həsr olunmuş sərgi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri keçirilib. Rəsmi açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, bu cür festivalların mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. “Qeyd-İctimai Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova isə festivalın əsas ideyasının Qarabağın hər bir bölgəsini özünəməxsus səsi, sənətkarlığı və mədəni kimliyi ilə təqdim etmək olduğunu qeyd edib. Onun sözlərinə görə, məqsəd Qarabağın zəngin mədəni xəritəsini vahid platformada nümayiş etdirmək və bu dəyərləri gələcək nəsillərə çatdırmaqdır. Festival bədii proqram və konsertlərlə davam edib. İştirakçılar Qarabağın müxtəlif bölgələrinə aid mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan milli komandası Slovakiyada keçirilən oyunda qələbə əldə edib.

Next Article

“Orman” restoranı Sea Breeze ərazisində yeni filialını istifadəyə verir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaxda ilk kitab sərgisi start götürüb

Aysel Əlibəyli 30 May 2026 · 17:48 84 baxış Qax şəhərindəki “İçəribazar” kompleksində “Oxu, Qax” devizi altında Birinci Qax Kitab Sərgisinin açılışı olub. İki gün davam edəcək sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı və bir […]

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 134 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]