--:--:-- | 10 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Son on il ərzində ölkəmizdə gülçülük sahəsi yenidən inkişaf mərhələsinə qədəm qoyub.

Aysel Əlibəyli 30 May 2026 · 19:08 84 baxış

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qaldırılan problemlərin həlli ölkədə aqrar sektorun inkişaf tempini daha da artıracaq.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, “Azərbaycan Gül İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Laləzar İmamquliyeva bildirib ki, son illərdə kənd təsərrüfatına göstərilən diqqət nəticəsində ölkədə ənənəvi olmayan bir sıra məhsulların ixracına başlanılıb və gülçülüyün inkişafı üçün istixanalara xüsusi önəm verilməlidir. Onun sözlərinə görə, Azərbaycan əvvəllər əsasən Rusiya və yaxın bazarlara qərənfil ixrac etsə də, müstəqillikdən sonra bu sahədə geriləmə yaşanıb, son 10 ildə isə gülçülük yenidən dirçəlməyə başlayıb və hazırda ölkədə müxtəlif kəsmə güllər yetişdirilir. O qeyd edib ki, assosiasiya üzvləri əsasən qızılgül, zanbaq və pion kimi güllər istehsal edir, müasir istixanalar avtomatlaşdırılmış sistemlərlə idarə olunur və illik istehsal 20 milyondan çox kəsmə gül təşkil edir, eyni zamanda təxminən 10 milyon gül də idxal olunur. İdxalın əsasən Cənubi Amerika, Afrika, Çin və İran kimi ölkələrdən həyata keçirildiyini deyən İmamquliyeva həmin ölkələrdə maya dəyərinin aşağı olması səbəbindən qiymət rəqabətində üstünlük qazandıqlarını vurğulayıb və yerli istehsalın qorunması üçün idxala müəyyən məhdudiyyətlərin tətbiqini vacib sayıb.O əlavə edib ki, yerli istehsalçılar yüksək enerji xərclərindən asılıdır və istixana məhsullarında maya dəyərinin yarıdan çoxu məhz enerji daşıyıcılarına gedir. Onun sözlərinə görə, gülçülük sahəsi hazırda digər kənd təsərrüfatı sahələrində mövcud olan subsidiyalardan yararlana bilmir, həmçinin ting və soğanaqlar əsasən Avropadan, xüsusilə Niderlanddan idxal olunur və əlavə lisenziya xərcləri istehsalı çətinləşdirir. Eyni zamanda, aqrar sığorta imkanlarının məhdudluğu riskləri artırır.İmamquliyeva bildirib ki, ixrac potensialının artırılması üçün maya dəyərinin azaldılması ilə yanaşı, ekoloji təmiz istehsal da vacibdir və bunun üçün bioloji mübarizə üsullarına keçid zəruridir. O qeyd edib ki, hazırda zərərvericilərə qarşı istifadə olunan faydalı orqanizmlər idxal edilir, lakin bu sahədə yerli laboratoriyaların yaradılması mühüm addım olardı. Sonda o vurğulayıb ki, bütün bu problemlər həll olunarsa, Azərbaycan regionun əsas gül istehsalçılarından birinə çevrilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ulduzların toyu! Məşhur cütlük möhtəşəm evlilik mərasimi ilə gündəmi silkələyir!

Next Article

Liverpool klubu baş məşqçi Arne Slotla əməkdaşlığa son qoyub.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjasında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Elşən 22 May 2026 · 09:35 22 baxış Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində enmə müşahidə olunub. Elpress.az-ın məlumatına görə, COMEX birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçersləri 0,28 faiz ucuzlaşaraq 4 529,6 […]