--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Quş qripi və Nyukasl: vəziyyət sabitdir – AQTA

Aysel Əlibəyli 09 İyun 2026 · 18:18 1126 baxış

Quş qripinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan monitorinqlərin nəticələri ictimaiyyətə təqdim olunub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin verdiyi məlumata əsasən, monitorinqlər çərçivəsində ölkə üzrə riskli hesab edilən su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli park və qoruqlarda, ovçuluq təsərrüfatlarında, həmçinin çay və su anbarlarının ətrafında geniş müşahidələr aparılıb. Bu müddətdə vəhşi quşlar klinik müayinədən keçirilib, müxtəlif növ quşlardan laborator analizlər üçün nümunələr götürülüb, eyni zamanda quşçuluq müəssisələrində, kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.Bundan əlavə, təbiət ərazilərində, quşçuluq obyektlərində, bazarlarda, zooparklarda, parklarda və dekorativ quşların saxlandığı yerlərdə ümumi baxışlar keçirilib, baytarlıq qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilib.Laborator analizlərin və aparılan müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və ya ona şübhəli hər hansı hal aşkar edilməyib, həmçinin ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və heç bir yoluxma və ya şübhəli vəziyyət müəyyən olunmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rəsmi Moskva: Rusiyanın taktiki nüvə silahları ABŞ üçün təhlükə deyil.

Next Article

İsrailin Livanın Tir şəhərinə zərbəsi: 8 ölü var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xocalıda baramaçılıq təsərrüfatına baxış keçirildi

Aysel Əlibəyli 17 İyun 2026 · 18:41 1120 baxış Xocalı rayonunun Daşbulaq kəndində baramaçılığın inkişafı məqsədilə yaradılmış infrastrukturla tanışlıq olub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə […]

kart hesablarında yaranan texniki problem araşdırılır

Aysel Əlibəyli 24 İyun 2026 · 19:07 1054 baxış Azərbaycanda bəzi bankların kart əməliyyatlarında yaranan texniki nasazlığın “Azericard” MMC-dən qaynaqlanmadığı bildirilib. Şirkətdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azericard”dan asılı olmayan texniki […]

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 1082 baxış Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur […]

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1036 baxış Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir […]