--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Kristal” və “Florim” strateji tərəfdaşlığa başladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:00 1036 baxış

“Kristal” İtaliyanın tanınmış premium keramika istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu imzalayaraq tikinti layihələrində beynəlxalq keyfiyyət standartlarının tətbiqi istiqamətində yeni addım atıb.

Elpress.az-ın Reaksiya.az-a istinadən verdiyi məlumata əsasən, “Kristal” ilə İtaliyanın dünya şöhrətli premium keramika və keramoqranit istehsalçısı “Florim” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Florim” şirkətinin icraçı direktoru Beatrice Lucchese imza atıblar.Memoranduma əsasən, tərəflər “Kristal”ın həyata keçirdiyi yaşayış layihələrində istifadə olunacaq premium keramika və keramoqranit məhsullarının tədarükü ilə bağlı razılıq əldə ediblər. “Florim” istehsalı olan məhsullar mənzillərin döşəmə və divar üzlüklərində tətbiq ediləcək ki, bu da layihələrdə keyfiyyət, estetik görünüş və uzunömürlülük göstəricilərinin daha da yüksəldilməsinə töhfə verəcək.Əməkdaşlığın tikinti materiallarının təchizatında uzunmüddətli və sistemli yanaşmanın formalaşmasına, həmçinin beynəlxalq standartlara cavab verən məhsulların Azərbaycanda həyata keçirilən layihələrdə daha geniş istifadə edilməsinə şərait yaradacağı bildirilir.Qeyd edək ki, 1962-ci ildə İtaliyada təsis olunan “Florim” premium keramika və keramoqranit istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biri hesab olunur. Müasir texnologiyalar, innovativ istehsal üsulları, yüksək keyfiyyət standartları və davamlı inkişaf prinsipləri ilə seçilən şirkətin məhsulları dünyanın müxtəlif ölkələrində yaşayış, kommersiya və ictimai təyinatlı tikililərdə geniş tətbiq edilir.İmzalanan memorandum “Kristal” və “Florim” arasında uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyur və gələcək layihələrdə beynəlxalq səviyyədə tanınan məhsulların istifadəsini nəzərdə tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Latsio” müdafiə xəttini yeni transferlə gücləndirdi

Next Article

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjada qaz ucuzlaşdı

Aysel Əlibəyli 08 İyun 2026 · 09:39 1062 baxış Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz fyuçersləri ucuzlaşıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti […]

Cevdet Yılmaz: Orta Dəhliz qlobal ticarətin yeni dayağıdır

Aysel Əlibəyli 04 İyun 2026 · 16:05 1121 baxış Orta Dəhliz dünya ticarətində getdikcə daha böyük əhəmiyyət qazanaraq təhlükəsiz, sabit və strateji baxımdan zəruri bir nəqliyyat marşrutuna çevrilib; bu xətt üzrə yük daşımalarının artması və […]

Kamboca “ASAN xidmət” modelini öyrənir

Aysel Əlibəyli 29 İyun 2026 · 12:51 1092 baxış Azərbaycanın uğurlu “ASAN xidmət” modeli xaricdə tətbiq olunacaq: Kamboca təcrübədən yararlanmaq istəyir Elpress.az-ın məlumatına əsasən, Kamboca Krallığı Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu layihələrindən biri olan “ASAN […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1130 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]