--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 15:14 1114 baxış

Ağcabədidə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələrinin iştirakı ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib. Görüşdə proqramın əsas hədəflərinin izahı, fermer və sahibkarların məlumatlandırılması, həmçinin dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov Ağcabədi rayonunda jurnalistlərə açıqlamasında aqrar sahənin inkişafı istiqamətində hazırlanmış yeni Dövlət Proqramının əsas məqsədləri və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.O bildirib ki, yeni Dövlət Proqramında kənd təsərrüfatının bütün əsas istiqamətləri üzrə konkret hədəflər müəyyən edilib. Proqram çərçivəsində aqrar sektorun inkişafını sürətləndirmək, fermerlərin və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların imkanlarını genişləndirmək məqsədilə əvvəlki proqramlarda nəzərdə tutulmayan yeni güzəştlər, dəstək mexanizmləri və innovativ yanaşmalar tətbiq olunacaq.İlham Bayramov qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün fermerlərin, sahibkarların və digər maraqlı tərəflərin yeni imkanlar barədə ətraflı məlumatlandırılması vacibdir. Bu istiqamətdə keçirilən regional müşavirələr Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin izahı və yerli səviyyədə effektiv icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, Dövlət Proqramının əsas hədəfi kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, aqrar sahədə səmərəliliyin yüksəldilməsi və nəticə etibarilə fermerlərin və sahibkarların gəlirlərinin çoxaldılmasıdır. Bu proses kənd yerlərində yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.İlham Bayramov vurğulayıb ki, dövlət qurumlarının, fermerlərin və sahibkarların birgə fəaliyyəti nəticəsində müəyyən edilmiş hədəflərə çatmaq, regionlarda aqrar inkişafı daha da sürətləndirmək və kənd təsərrüfatında yeni nailiyyətlər əldə etmək mümkün olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Next Article

44 yaşlı usta emalatxanada həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 16 İyul 2026 · 18:34 1034 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru […]

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 1070 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

ƏDV geri ödənişlərində rekord məbləğ

Aysel Əlibəyli 08 İyun 2026 · 11:28 1072 baxış 2026-cı ilin yanvar-may aylarında vətəndaşlara qaytarılan ƏDV məbləği 87,3 milyon manatı ötüb. Elpress.az xəbər verir ki,Dövlət Vergi Xidmətinin açıqladığı məlumata əsasən, geri ödənişlər pərakəndə satış və […]