--:--:-- | 28 İyun 2026, Bazar
Son Xəbər
Yüklənir...

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 105 baxış

Füzulidə istifadəyə yararsız 120 kiloqram ət dövriyyədən çıxarılıb

Füzuli rayonu ərazisində aparılan nəzarət tədbirləri zamanı mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda ət məhsulu aşkarlanıb.

Elpress.az xəbər verir ki, yoxlama Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları və polis əməkdaşlarının iştirakı ilə Alxanlı postunda həyata keçirilib.Nəzarət tədbiri çərçivəsində saxlanılan yük avtomobilinə baxış zamanı təxminən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət məhsulu müəyyən olunub. Müayinələr zamanı məhsulun istehlak üçün uyğun olmadığı üzə çıxıb.Araşdırma zamanı ətin sanitar-gigiyenik normalara uyğun şəraitdə saxlanılmadığı, daşınma qaydalarının pozulduğu və baytarlıq nəzarətindən keçmədiyi məlum olub. Məhsulun xarici görünüşündə və qoxusunda da ciddi dəyişikliklər qeydə alınıb.Avtomobilin sahibi izahatında heyvanın tələf olduğunu, sonradan kəsilərək başqa rayona aparılmasının nəzərdə tutulduğunu bildirib.Aşkarlanan məhsullar müvafiq qaydada götürülərək xüsusi saxlanc yerinə yerləşdirilib, laborator ekspertiza üçün nümunələr ayrılıb. Hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Next Article

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan forumuna Pakistan dəvət edildi

Aysel Əlibəyli 08 İyun 2026 · 18:44 82 baxış İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi zonalarda yaradılan infrastruktur, eləcə də […]

Naxçıvan büdcəsinə vergi axını yüksəldi

Aysel Əlibəyli 09 İyun 2026 · 10:22 86 baxış Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında artım müşahidə olunub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi […]