--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Baltika” Azərbaycan bazarına qayıtdı: Bakıda qastronomik təqdimat keçirildi

Aysel Əlibəyli 01 İyul 2026 · 18:27 1040 baxış

Elpress.az xəbər verir ki, Rusiyanın aparıcı pivə istehsalçılarından olan “Baltika” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istiqamətində növbəti addımını atıb. Şirkət iyunun 24-də Bakıda pivənin düzgün təqdimatı və müxtəlif yeməklərlə uyğunlaşdırılmasına həsr olunmuş xüsusi qastronomik tədbir təşkil edib.

Tədbirdə iştirakçılar “Baltika”nın pivə və alkoqolsuz məhsul çeşidləri ilə yaxından tanış olub, müxtəlif qəlyanaltılar, ət yeməkləri və desertlərlə pivənin uyğunlaşdırılması nəticəsində yaranan fərqli dad çalarlarını təcrübədən keçiriblər.

“Baltika” Pivə Şirkətinin İnkişaf və Effektivlik üzrə direktoru Vitali Şayxutdinov bildirib ki, şirkət pivə istehlakı mədəniyyətinin inkişafına xüsusi önəm verir:

“35 illik fəaliyyətimiz ərzində pivə istehsalı sahəsində zəngin təcrübə toplamışıq. İnanırıq ki, məsuliyyətli və ölçülü pivə istehlakı insanların qastronomik təcrübəsini daha da zənginləşdirə bilər. Bakıda bu mədəniyyətin inkişafına töhfə verməkdən məmnunuq”.

Şirkət Azərbaycanda məhsul çeşidini daha da genişləndirməyi planlaşdırır. Hazırda ölkəyə “Baltika” pivə xətti ilə yanaşı, “Kuler”, Blanche Bière və Old Bobby brendləri də ixrac edilir.

Qeyd edilib ki, 2024-cü ildən etibarən Rusiyada istehsal olunan “Baltika” məhsulları Azərbaycana rəsmi şəkildə tədarük olunur. Brendin ölkədə rəsmi idxalçısı və distribütoru olan “Azerish LTD” məhsulların bazardakı mövqeyinin möhkəmləndirilməsi, həmçinin pivə istehlakı mədəniyyətinin təşviqi istiqamətində fəaliyyət göstərir.

Şirkətin məlumatına görə, “Baltika” hazırda 8 pivə zavodu və 2 səməni istehsalı müəssisəsini idarə edir. Məhsul portfelinə 50-dən çox brend daxildir və şirkətin istehsalı beynəlxalq müsabiqələrdə 700-dən artıq mükafata layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səfər zamanı maraqlı anlar: Hafiz Paşayevlə nazir arasında dialoq

Next Article

Bakı və Ankara ədliyyə sahəsində əməkdaşlığı genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 1118 baxış Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda […]

Azərbaycan nefti 109 dolları keçdi

Aysel Əlibəyli 24 İyul 2026 · 12:06 1024 baxış “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 109 dolları ötüb Elpress.az xəbər verir ki, Dünya bazarında neftin qiymətində kəskin artım qeydə alınıb. “Azeri Light” markalı Azərbaycan neftinin […]

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Aysel Əlibəyli 13 İyul 2026 · 10:54 1026 baxış Azərbaycan Mərkəzi Bankı iyulun 13-də qüvvədə olacaq rəsmi valyuta məzənnələrini elan edib. Elpress.az xəbər verir ki , Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan rəsmi valyuta […]

Naftalana yeni turist axını

Aysel Əlibəyli 18 İyun 2026 · 18:28 1104 baxış “TABIA Group” və Özbəkistanın “FlyKhiva” şirkəti arasında turizm və sağlamlıq sektorunda əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Azərbaycanın qonaqpərvərlik və sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən “TABIA Group” […]