--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Elşən 25 May 2026 · 09:36 113 baxış

AzerGold QSC ilk dəfə yerli xammal əsasında hazırlanmış 999,9 əyarlı gümüş külçələri satışa çıxarmağa hazırlaşır. Şirkətdə məhsulların istehsal mərhələsinə artıq start verildiyi bildirilib.

Elpress.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdiri Ariz Tarverdiyev verib. Onun sözlərinə görə, ilkin mərhələdə bazara 250, 500 və 1000 qramlıq gümüş külçələr təqdim ediləcək.

Qeyd olunub ki, gələcək mərhələlərdə bazardakı tələb, investorların marağı və alıcı seçimləri nəzərə alınaraq fərqli çəkilərdə yeni məhsulların istehsalı da həyata keçiriləcək. Şirkət bununla həm məhsul çeşidini artırmağı, həm də daha geniş auditoriyaya çıxmağı planlaşdırır.

Ariz Tarverdiyev bildirib ki, son illərdə yaşıl enerji texnologiyalarının inkişafı gümüşə olan qlobal tələbatı əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə günəş panelləri istehsalı və elektronika sənayesində bu metaldan geniş istifadə olunması onun beynəlxalq bazardakı dəyərinin yüksəlməsinə təsir göstərib.

Şirkət nümayəndəsinin sözlərinə görə, dünya bazarında gümüşə marağın artması bu metalı investisiya vasitəsi kimi daha cəlbedici edib. Yerli istehsal hesabına hazırlanacaq milli məhsulun isə ölkədə qiymətli metallar bazarının inkişafına dəstək verəcəyi gözlənilir.

Layihənin əsas məqsədlərindən biri də vətəndaşlar və investorlar üçün etibarlı, uzunmüddətli və alternativ investisiya imkanları yaratmaqdır. Bununla yanaşı, daxili bazarda yerli istehsalın payının artırılması və qiymətli metallar sektorunda yeni imkanların formalaşdırılması hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Next Article

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fətva yayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qiymətli və Sənaye Metalları Bahalaşır

Aysel Əlibəyli 15 İyun 2026 · 11:15 38 baxış Əmtəə Bazarlarında Son Vəziyyət: Qiymətli və Sənaye Metalları Bahalaşır Qlobal əmtəə bazarlarında həm qiymətli, həm də sənaye metallarının qiymətlərində kəskin yüksəliş dalğası müşahidə olunur. Bu artım […]

Cevdet Yılmaz: Orta Dəhliz qlobal ticarətin yeni dayağıdır

Aysel Əlibəyli 04 İyun 2026 · 16:05 95 baxış Orta Dəhliz dünya ticarətində getdikcə daha böyük əhəmiyyət qazanaraq təhlükəsiz, sabit və strateji baxımdan zəruri bir nəqliyyat marşrutuna çevrilib; bu xətt üzrə yük daşımalarının artması və […]