--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verilir

Aysel Əlibəyli 05 İyun 2026 · 10:26 1122 baxış

Azərbaycanda rəqəmsal mühitin təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı dayanıqlı sistemin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Rasim Əliquliyev Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.Onun sözlərinə görə, son illərdə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, elektron xidmətlərin genişlənməsi və müasir texnologiyaların tətbiqinin artması kibertəhlükəsizlik məsələlərini daha da ön plana çıxarıb.Rasim Əliquliyev bildirib ki, həyata keçirilən dövlət siyasəti nəticəsində rəqəmsal platformalardan istifadənin miqyası genişlənib və dövlət xidmətlərinin elektron müstəviyə keçirilməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib.İnstitut rəhbəri vurğulayıb ki, bu şəraitdə milli kibertəhlükəsizlik ekosisteminin yaradılması, onun davamlılığının təmin edilməsi və informasiya infrastrukturunun etibarlı mühafizəsi xüsusi əhəmiyyət kəsb edir.Onun fikrincə, sözügedən sistemin əsas vəzifələri rəqəmsal dövlət institutlarının təhlükəsiz fəaliyyətini təmin etmək, informasiya resurslarını mümkün risklərdən qorumaq və dövlət qurumlarının kibertəhdidlərə qarşı hazırlıq səviyyəsini yüksəltməkdən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Next Article

Prezident minifutbol millimizin Avropa çempionluğu ilə bağlı paylaşım edib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə AI sahəsində növbəti mərhələyə keçir

Aysel Əlibəyli 13 İyun 2026 · 16:54 1062 baxış Türkiyə “Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nı təqdim edib. Elpress.az xəbər verir ki, İstanbulda keçirilən Süni İntellekt Zirvəsində açıqlanan sənəd ölkənin bu sahədə qarşıdakı […]

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1036 baxış Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir […]

İşsizlikdən sığorta üzrə yığımlar artmaqda davam edir

Aysel Əlibəyli 07 İyul 2026 · 09:19 1044 baxış Bu ilin ilk altı ayında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manata çatıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici […]

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Elşən 25 May 2026 · 09:36 1149 baxış AzerGold QSC ilk dəfə yerli xammal əsasında hazırlanmış 999,9 əyarlı gümüş külçələri satışa çıxarmağa hazırlaşır. Şirkətdə məhsulların istehsal mərhələsinə artıq start verildiyi bildirilib. Elpress.az bildirir ki, bunu […]