--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Aysel Əlibəyli 05 İyun 2026 · 11:00 1140 baxış

Azərbaycan son illərdə enerji sektorunda həyata keçirdiyi strateji layihələr hesabına bölgənin əsas enerji mərkəzlərindən biri statusunu möhkəmləndirib.

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyevanın sözlərinə görə, “Bakı Enerji Həftəsi” enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, tədbir enerji şirkətləri, investorlar və mütəxəssislər arasında əməkdaşlığın inkişafına, həmçinin aktual məsələlərin müzakirəsinə geniş imkan yaradır.Professor bildirib ki, builki forumun Xəzər Neft və Qaz Sərgisinin 30 illiyi ilə eyni dövrə təsadüf etməsi rəmzi məna daşıyır. Onun fikrincə, həmin sərgi Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasında və sonrakı illərdə reallaşan iri layihələrin əsasının qoyulmasında mühüm rol oynayıb.K.Əliyeva vurğulayıb ki, ölkənin zəngin enerji resurslarından səmərəli istifadə etməsi, xarici tərəfdaşlarla qurulan əməkdaşlıq və ixrac marşrutlarının genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafına ciddi töhfə verib.Onun sözlərinə görə, enerji təhlükəsizliyi hazırda qlobal gündəliyin əsas mövzularından biri olaraq qalır və bu sahədə etibarlı tərəfdaş kimi çıxış edən ölkələrin əhəmiyyəti daha da artır.Professor qeyd edib ki, Azərbaycanın maliyyə sabitliyi, strateji ehtiyatlarının həcmi və xarici borc göstəricilərinin qənaətbəxş səviyyədə qalması ölkənin iqtisadi dayanıqlığını nümayiş etdirir. Enerji sektorundan əldə olunan gəlirlərin qeyri-neft sahələrinin inkişafına yönəldilməsi isə iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradıb.O əlavə edib ki, Azərbaycan qazının Avropa bazarlarına nəqli ölkənin qitənin enerji təminatındakı rolunu daha da gücləndirib. Eyni zamanda, nəqliyyat və logistika layihələri də Azərbaycanın regionlararası əlaqələrdə strateji mövqeyini artırır.K.Əliyevanın fikrincə, enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətinin artmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Next Article

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1110 baxış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb. Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın […]

Bankın depozit portfelində 23 faizlik geriləmə

Aysel Əlibəyli 17 İyul 2026 · 17:48 1022 baxış “Bank Respublika”nın depozitləri azalarkən kredit portfeli və mənfəəti artıb Elpress.az xəbər verir ki , Bu ilin 1 iyul tarixinə “Bank Respublika”nın depozit portfeli 1,1 milyard manat […]

Azərbaycan forumuna Pakistan dəvət edildi

Aysel Əlibəyli 08 İyun 2026 · 18:44 1112 baxış İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi zonalarda yaradılan infrastruktur, eləcə də […]

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1127 baxış Füzulidə istifadəyə yararsız 120 kiloqram ət dövriyyədən çıxarılıb Füzuli rayonu ərazisində aparılan nəzarət tədbirləri zamanı mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda ət məhsulu aşkarlanıb. Elpress.az […]