--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Batut və tamblinq çempionları bəlli oldu

Aysel Əlibəyli 10 İyun 2026 · 21:27 1072 baxış

Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla yekunlaşıb.

Yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən təxminən 50-yə yaxın idmançı müxtəlif yaş kateqoriyalarında – yeniyetmələr, gənclər və böyüklər arasında güclərini sınayıblar. İdmançılar batut gimnastikasında fərdi və sinxron, tamblinqdə isə fərdi proqramlar üzrə çıxış edərək öz texniki hazırlıqlarını, çevikliklərini, koordinasiya və ustalıqlarını nümayiş etdiriblər.Gərgin və rəqabətli keçən mübarizədə hər hərəkətin dəqiqliyi, yüksək performans və sabitlik ön plana çıxıb, idmançılar isə birincilik uğrunda sonadək mübarizə aparıblar.Yarışda batut gimnastikası üzrə dünya çempionatının sinxron proqramında bürünc medalçısı və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı Selcan Mahsudova, həmçinin III MDB Oyunlarının qızıl medalçısı Maqsud Mahsudov da çıxış ediblər. Tamblinq üzrə isə ikiqat dünya çempionu, Dünya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Tofiq Əliyev, üçqat dünya çempionu Mixail Malkin və ikiqat dünya çempionu Adil Hacızadə kimi tanınmış idmançılar da yarışda öz bacarıqlarını göstəriblər.Nəticələrə əsasən, batut gimnastikası üzrə qadınların fərdi proqramında Selcan Mahsudova, kişilərin fərdi proqramında isə Maqsud Mahsudov qızıl medal qazanıblar. Tamblinq yarışlarında Tofiq Əliyev qızıl, Mixail Malkin gümüş, Adil Hacızadə isə bürünc medala sahib olublar.Çempionatın keçirilməsində əsas məqsəd gənc və perspektivli idmançıların üzə çıxarılması, onların yarış təcrübəsinin artırılması, milli komanda üçün ehtiyat qüvvənin formalaşdırılması və ölkədə batut gimnastikası ilə tamblinq növlərinin inkişafına dəstək verilməsi olub. Yekun nəticələrə əsasən, Bakı Gimnastika Məktəbinin yetirmələri müxtəlif yaş qruplarında yüksək nəticələr göstərərək mükafatçılar sırasında yer almağı bacarıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sergey Kopırkin Moskva şəhərində keçirilən məsləhətləşmələrdən sonra İrəvana geri dönüb.

Next Article

Azov dənizində həlak olan azərbaycanlıların nəşləri ölkəyə gətirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Kuboku Argentinaya verin !”

Aysel Əlibəyli 07 İyul 2026 · 22:45 1036 baxış Argentinaya məğlubiyyətdən sonra Zikodan qalmaqallı açıqlama: Hakimliyi tənqid etdi Elpress.az xəbər verir ki, Misir millisinin yarımmüdafiəçisi Mostafa Ziko 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 […]

“Zirə” braziliyalı qapıçı ilə müqavilə imzaladı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:08 1064 baxış “Zirə” heyətini braziliyalı qapıçı Maykon Kleytonla gücləndirib. Azərbaycanın “Zirə” futbol klubu yeni transferini açıqlayıb. Komanda braziliyalı qapıçı Maykon Kleytonu heyətinə cəlb edib.27 yaşlı qolkiperlə 2 illik […]

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:51 1050 baxış Azərbaycanın kişi basketbol millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb və İrlandiyaya məğlub olub. Elpress.az xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan […]