--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Elşən 20 May 2026 · 15:12 51 baxış

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və cinayət törətməkdə ittiham edilən şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlığı davam etdirir. Nazirliyin yaydığı məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir Azərbaycan vətəndaşı Türkiyədə saxlanılaraq ölkəmizə ekstradisiya olunub.

Elpress.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2020-ci ildə mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsində ittiham olunan Babayev Səbutər Adil oğlunun yeri Türkiyə Respublikasında müəyyən edilib və o, hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Baş Prokurorluğun təqdim etdiyi sorğu, beynəlxalq hüquqi prosedurlar və iki ölkə arasında aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana təhvil verilməsi barədə razılıq əldə edilib. Nazirlik bu əməkdaşlığın Azərbaycan ilə Türkiyə arasında hüquqi əlaqələrin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Səbutər Babayev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşlarının müşayiəti ilə Türkiyənin Antalya şəhərindən Bakıya gətirilib. O, məhkəmənin qərarına əsasən istintaq dövrü üçün müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Next Article

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həcc ziyarəti üçün son zəvvar qrupu Məkkəyə çatdı

Elşən 22 May 2026 · 09:27 58 baxış Elpress.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, azərbaycanlı zəvvarları daşıyan yeddinci və son təyyarə artıq […]

22 yaşlı gənc suya düşərək itkin düşüb

Aysel Əlibəyli 16 İyun 2026 · 19:46 38 baxış Tovuz rayonunda çayda 22 yaşlı gəncin batdığı ehtimal edilir. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. […]

Güclü külək Bakıda fəsad yaratdı

Aysel Əlibəyli 29 May 2026 · 23:27 54 baxış Paytaxtda güclü külək bir sıra fəsadlara yol açıb. Elpress.az Apa-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində axşam saatlarında güclənən külək ticarət mərkəzlərindən birinin dam örtüyünü qopararaq […]

Britaniya helikopterin qəzaya uğraması

Aysel Əlibəyli 03 İyun 2026 · 18:41 115 baxış Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə aid helikopter ölkənin cənub-qərb bölgəsində qəzaya düşüb və hadisə nəticəsində üç hərbçi həyatını itirib. Böyük Britaniya Müdafiə Nazirliyi baş vermiş […]