Tovuzun Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Elpress.az xəbər verir ki, “Ford” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə elektrik dirəyinə, daha sonra ağaca çırpılıb. Qəza nəticəsində 25 yaşlı Fərid Tağıyev ağır xəsarətlər alıb və həyatını itirib. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb, sürücü isə maşında sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə onun meyitini avtomobildən çıxarıblar. Meyit müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı elektrik dirəyinin aşması kəndin bir hissəsində enerji təchizatının müvəqqəti dayanmasına səbəb olub.
Hadisənin səbəbləri araşdırılır.


