Elpress.az xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.
1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə əlamətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.İlkin araşdırmalara görə, qadının qarışqaların məhv edilməsi məqsədilə istifadə olunan dərmandan zəhərləndiyi ehtimal edilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


