--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verildi

Aysel Əlibəyli 03 Avqust 2026 · 12:37 1044 baxış

Bakının Xətai rayonunda qeydə alınan torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verilib.

Elpress.az xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevin sözlərinə görə, hadisə Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu isə 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində baş verib.

Bildirilib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində yaranıb.

Qeyd olunub ki, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 kubmetr təşkil edir.Rəsmi məlumata əsasən, ərazi aidiyyəti dövlət qurumlarının nəzarətində saxlanılır və təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Next Article

Buzovnada dəniz faciəsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdaşda kabab hazırlığı faciə ilə bitdi

Aysel Əlibəyli 27 May 2026 · 14:56 1096 baxış Ağdaşda kabab bişirib bayram keçirmək istəyi ana və övlad üçün ağır nəticələrə səbəb olub. Elpress.az-ın məlumatına əsasən, hadisə rayon mərkəzində — Nizami küçəsində yerləşən evlərdən birində […]

Bakıda 27 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:13 1014 baxış Bakıxanov qəsəbəsindəki qətldə mərhumun qardaşı şübhəli şəxs qismində saxlanılıb Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.Hadisə gecə saatlarında Bakıxanov qəsəbəsində […]

Gəncədə avaralıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:59 1034 baxış Gəncənin Atatürk prospektində sakinlərin narahatlığına DİN-dən cavab: Ötən həftə 46 nəfər saxlanılaraq rayonlarına göndərilib Elpress.az xəbər verir ki, Gəncə şəhərinin Atatürk prospektində bəzi şəxslərin vətəndaşlara yaxınlaşaraq […]