--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Aysel Əlibəyli 26 İyun 2026 · 14:55 1048 baxış

Elpress.az xəbər verir ki, iyunun 27-si axşam saatlarından başlayaraq 28-i səhərədək Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışlarının yağacağı proqnozlaşdırılır. Havanın ildırımlı keçəcəyi, gecə saatlarında isə yağıntının daha da güclənə biləcəyi bildirilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 28-də paytaxt və Abşeron ərazisində temperaturun nisbətən aşağı düşəcəyi gözlənilir.

Regionlarda da qeyri-sabit hava şəraiti davam edəcək. Axşam saatlarınadək fasilələrlə yağıntı müşahidə olunacaq, bəzi ərazilərdə güclü yağış, şimşək və dolu ehtimalı var.

Yağıntılar səbəbindən Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsinin yüksələcəyi gözlənilir. Bundan başqa, bir sıra dağ çaylarında qısamüddətli sel və daşqınların baş verməsi, həssas ərazilərdə isə subasma hallarının yaranması istisna edilmir.

Mütəxəssislər vətəndaşları hava şəraiti ilə bağlı diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən səhiyyə sahəsində yeni qərar: Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradıldı

Next Article

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni idman zalı və tibb bölməsi istifadəyə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Abşeronda şəhidlər ehtiramla anılıb

Aysel Əlibəyli 21 İyul 2026 · 15:33 1018 baxış Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət […]

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Aysel Əlibəyli 02 İyun 2026 · 11:16 1126 baxış 2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə üzrə ümumilikdə 56 aptekdə genişmiqyaslı yoxlama aparılıb və fəaliyyət göstərən əczaçılıq müəssisələrinin normativ tələblərə uyğunluğu […]