--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan Polisi 108 illiyini qeyd etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:45 28 baxış

Azərbaycanda Polis Günü münasibətilə Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib. Tədbirlərdə polis orqanlarının fəaliyyəti və əldə olunan uğurlar xüsusi vurğulanıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə ölkədə silsilə tədbirlər təşkil olunub. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyub, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.Polis Akademiyasında keçirilən təntənəli mərasim həm “Polis Günü”nə, həm də 2025–2026-cı tədris ilinin məzun buraxılışına həsr edilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirmiş polis əməkdaşlarının xatirəsi anılıb.General-polkovnik Vilayət Eyvazov Prezident İlham Əliyevin peşə bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdıraraq, Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, hüquq-mühafizə orqanlarında formalaşmış peşəkar ənənələrdən və dövlət rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, son illərdə Daxili İşlər Nazirliyində maddi-texniki baza müasirləşdirilib, struktur islahatları həyata keçirilib, əməkdaşların sosial müdafiəsi və peşə hazırlığı daha da gücləndirilib.Nazir çıxışında vətəndaş müraciətlərinə həssas yanaşmanın, qanunçuluğun təmin edilməsinin, etik davranış qaydalarına riayət olunmasının və cinayətkarlığa qarşı mübarizənin polis orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və “Böyük Qayıdış” proqramı çərçivəsində polis və Daxili Qoşunların fəaliyyətinin uğurla davam etdirildiyi qeyd olunub.Tədbirin sonunda Polis Akademiyasını baş leytenant rütbəsi ilə fərqlənmə diplomu alaraq bitirən məzunlar təltif edilib, mərasim isə şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Next Article

Belçika NATO sammitində milyardlıq silah alışını açıqlaya bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 20:14 22 baxış Bakının Səbail və Nəsimi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Elpress.az xəbər verir ki , Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və […]

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 55 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]

Qeyri-sabit hava ilə bağlı yeni xəbərdarlıq yayıldı

Aysel Əlibəyli 29 May 2026 · 18:13 119 baxış Hazırda paytaxt və ölkənin bir sıra bölgələrində davam edən yağışlı hava şəraiti yollarda hərəkəti çətinləşdirib. Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, yağıntılar səbəbindən yol örtüyü […]

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Aysel Əlibəyli 07 İyul 2026 · 11:17 28 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələbləri vahid qaydada müəyyən ediləcək. Elpress.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan […]