--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Trampın İrana hücum planı təxirə salındı

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:54 1028 baxış

Hürmüz boğazı üzrə razılaşma və diplomatik təzyiqlər ABŞ-ın İrana zərbə planını dayandırdı

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı nəzərdə tutduğu hərbi müdaxiləni ləğv etməsinə mühüm diplomatik addımlar səbəb olub. Əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər və ABŞ-ın birgə hazırladığı kompromis təklifini qəbul etməsidir. Razılaşmaya əsasən, Hürmüz boğazı yenidən gəmilərin gediş-gəlişi üçün açılır: körfəzə daxil olan gəmilər İranın, çıxanlar isə Omanın ərazi sularından istifadə edəcək. Oman tərəfi bu şərtləri bəyənsə də, qərarın İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən də dəstəkləndiyinə dair rəsmi təsdiq tələb edib.Eyni zamanda, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Donald Trampla telefonla danışaraq genişmiqyaslı hücumun region üçün yaradacağı təhlükələrdən narahatlığını çatdırıb. Qətər və Pakistanın daxil olduğu vasitəçi tərəflər də gərginliyi azaltmaq üçün ABŞ rəsmiləri və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla intensiv danışıqlar aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ailənin ard-arda ağır itkisi

Next Article

Restoranda mürəbbə davası məhkəmədə bitdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampa bənzədilən öküz kəsilməkdən xilas olub

Aysel Əlibəyli 26 İyul 2026 · 21:07 1030 baxış Banqladeşdə Donald Trampa bənzədildiyi iddia edilən albinos öküzün kəsilməsinə icazə verilməyib. Elpress.az xəbər verir ki, Banqladeşdə zahiri görünüşünə görə ABŞ Prezidenti Donald Trampa bənzədildiyi iddia olunan […]

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Aysel Əlibəyli 01 İyul 2026 · 23:57 1072 baxış Elpress.az xəbər verir ki, Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı artaraq 2 295 nəfərə çatıb. Məlumata görə, bu barədə ölkə parlamentinin […]

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:46 1010 baxış Əbu-Dabi İranın kommersiya gəmisinə zərbə endirməsini pisləyərək hücumların dayandırılmasına çağırıb Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranın Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmini […]