--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Aysel Əlibəyli 13 İyun 2026 · 23:59 60 baxış

ABŞ Prezidenti Donald Trump İranla əldə olunan razılaşmanın iyunun 14-də imzalanmasının planlaşdırıldığını açıqlayıb.

Elpress.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.Tramp bildirib ki, hazırkı razılaşma nüvə silahlarının yayılmasının qarşısını almağa yönəlib və keçmişdə imzalanan nüvə sazişindən fərqli olaraq daha sərt təhlükəsizlik mexanizmlərini ehtiva edir.ABŞ liderinin sözlərinə görə, Tehran nüvə silahına malik olmayacaq və belə bir proqramın həyata keçirilməsinə imkan verilməyəcək. O qeyd edib ki, sazişin qüvvəyə minməsindən sonra Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün tam açıq olması gözlənilir.Tramp həmçinin Vaşinqton və Tehran arasında münasibətlərin əvvəlki dövrlərlə müqayisədə daha konstruktiv məcrada inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ gələcəkdə İran və region ölkələri ilə əməkdaşlığın genişlənməsində maraqlıdır.Ağ Ev rəhbəri əlavə edib ki, razılaşma çərçivəsində zənginləşdirilmiş uranın İrandan çıxarılması da nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlon Maskın sərvətini saymaq üçün 31 min ildən çox vaxt lazımdır

Next Article

“Hər şeyi etdik, yalnız qol çatmadı”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 98 baxış Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) […]

Aleksandr Vuçiç dövlət başçısını təbrik edib.

Aysel Əlibəyli 26 May 2026 · 20:47 140 baxış Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Məktubda bildirilir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi […]

Microeledone galapagensis adlı yeni osminoq növü aşkarlandı

Elşən 26 May 2026 · 07:34 90 baxış Alimlər Qalapaqos adaları sahillərində yeni dərin dəniz osminoq növü aşkarlayıblar. “Microeledone galapagensis” adlandırılan göy rəngli kiçik osminoq ilk dəfə 1773 metr dərinlikdə qeydə alınıb. Araşdırma zamanı mütəxəssislər […]